Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə rəqabətə girə bilər
“Pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş növbəti respublika müşavirəsi Bərdədə keçirilib. Bundan əvvəlki müşavirələri Saatlıda və Sabirabadda keçirilmişdi. Keçirilən hər bir müşavirədə pambıq istehsalçılarının qarşısına yeni vəzifələr qoyulur və çoxlu məhsul istehsalı istiqamətində fermerlər işləməkdə yeni stimul alır”. Bu sözləri açıqlamasında millət vəkili Azər Badamov deyib.
27 Mart 2018 16:37 İqtisadiyyat"Pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş növbəti respublika müşavirəsi Bərdədə keçirilib. Bundan əvvəlki müşavirələri Saatlıda və Sabirabadda keçirilmişdi. Keçirilən hər bir müşavirədə pambıq istehsalçılarının qarşısına yeni vəzifələr qoyulur və çoxlu məhsul istehsalı istiqamətində fermerlər işləməkdə yeni stimul alır". Bu sözləri açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycanda pambıqçılıq inkişaf yolu keçib və bu inkişaf qədim köklərə, tarixə malikdir: "Bu gün ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi üçün dövlət qayğısı artırılır. Məhz dövlət başçısının diqqəti və qayğısı sayəsində son 3 ildə Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi istiqamətində çoxlu layihələr sürətlə icra olunur və bu da öz nəticəsini verməkdədir. Məsələn 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq istehsal olunurdusa 2017-ci ildə bu rəqəm 200 min tonu keçib. Pambıqçılığın müasir texnologiyalarla inkişaf etdirilməsi üçün bu il 3000 yeni texnika alınacaq. Bu isə becərilən məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinə birbaşa öz təsirini göstərəcəkdir. Həm də pambıqçılığın inkişaf etdirilməsi yeni iş yerlərinin yaradılması və regionlarda işsizlik probleminin aradan qaldırılmasına öz töhfəsini verəcək. Pambıqçılıqda 200 mindən çox insan çalışır ki, bu da böyük işçi potensialının işlə təmin olunması deməkdir. Pambığın qiymətinin də bu ildən 60 qəpiyə qaldırılması fermerləri stimullaşdıracaq və məhsuldarlığın artmasına öz töhfəsini verəcəkdir. Pambıqçılığın inkişafı yeni sənaye sahələrin inkişafı deməkdir və bu da Azərbaycanın iqtisadiyyatının diversifikasiyasını sürətləndirir. Həm də Bərdənin sosial-iqtisadi inkişafına nail olmaq bununla yanaşı, Azərbaycanın bütün regionlarının sürətlə inkişaf etdirilməsi , yol infrastrukturunun müasirləşdirilməsi, kənd təsərrüfatının inkişafını sürətlənməsinə öz töhfəsini verir və insanların rifahı halı daha da yaxşılaşır. Ümumiyyətlə götürüldükdə regionlarda həyata keçirilən kompleks tədbirləri yüksək dəyərləndirirəm və düşünürəm ki, qısa bir zaman kəsiyində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə rəqabətə girə biləcək". Sia.az