Tələbələr miqrasiya məsələləri ilə bağlı maarifləndirilir
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ərəfəsində paytaxtda və regionlarda ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində miqrasiya qanunvericiliyindəki yeniliklər şərh olunub.
27 Mart 2018 17:21 SosialDövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ərəfəsində paytaxtda və regionlarda ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində miqrasiya qanunvericiliyindəki yeniliklər şərh olunub.
Görüşdə Xidmətin məsul əməkdaşları çıxış edərək Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər, eləcə də əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallardan biri şəxsin ölkənin ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil almasıdır. Respublikanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu 1 illik 40 manat, 2 illik 80 manat müəyyən edilib. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 1 illik müddət üçün dövlət rüsumunun məbləği 120 manatdır. Amma Azərbaycan dövlətinin humanist yanaşmasının daha bir nümunəsidir ki, əcnəbi tələbələrə bu sahədə də müvafiq güzəşt nəzərdə tutulur.