Şəkinin daha bir kəndinə təbii qaz verilib

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. "OLAYLAR" İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə, martın 26-da Şəki rayonunun Kiçik Dəhnə kəndinə  təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Tədbirdə  "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev, Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 1761 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 180 min 600 metr olan müxtəlif diametrli polad  borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə  sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31