XƏBƏRDARLIQ: Şimşək çaxacaq, qar yağacaq
Martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
27 Mart 2018 16:54 SosialMartın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
ETSN-dən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31