Gündəm

Süni intellekt üçün xərclər üç dəfə artacaq

27 Mart 2018 18:20

“International Data Corporation” (IDC) analitik şirkəti yaxın illərdə dünyada süni intellekt texnologiyaları üçün xərclərin üçqat artımını proqnozlaşdırır.

10 il ölmüş nənəsinin pensiyasını aldı

27 Mart 2018 18:17

İtaliyada 40 yaşlı vətəndaş 10 il əvvəl ölən nənəsinin pensiyasını alıb. Məlumata görə, onun dövlətə vurduğu zərər 200 min avro həcmində qiymətləndirilir.

İnformasiya təhlükəsizliyi bazarında 10%-lik artım qeydə alınıb

27 Mart 2018 18:15

"Canalys” şirkətində işləyən analitiklərin məlumatına görə, 2017-ci ildə İT təhlükəsizliyin təmini üçün qlobal həllər bazarının həcmi 10% yüksələrək təxminən 31 milyard ABŞ dolları təşkil edib.

Ancelina Colinin yeni sevgilisi maklerdir

27 Mart 2018 18:14

Aktrisa Ancelina Colinin yeni sevgilisinin kimliyi bəlli olub. 42 yaşlı ulduz özündən yaşca böyük maklerlə sevgilidir. Adı gizli saxlanılsa da, həmin şəxsin film ulduzları qədər yaraşıqlı olduğu deyilir.

Bakcell daha bir sosial layihəyə start verdi

27 Mart 2018 18:11

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) ilə birlikdə yeni bir sosial layihənin icrasına başlayıb. Altı ay davam edəcək bu layihənin əsas məqsədi həssas əhali qruplarında sosial sahibkarlıq bacarıqlarının artırılması üçün portalın yaradılmasıdır.

Zirehli qatarın sirri açıldı – Kəşfiyyatdan AÇIQLAMA - FOTO/VİDEO

27 Mart 2018 18:07

Cənubi Koreya kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın 26-27 mart tarixlərində Çinə xüsusi qatarla səfər etdiyini təsdiqləyib.

Bakıda bankda saxta dollar xırdalamaq istəyən şəxs saxlanılıb

27 Mart 2018 17:57

Bu gün Bakıda banka saxta dollar verən şəxs hadisə yerində saxlanılıb. Kimliyi hələlik məlum olmayan şəxs banklardan birinin Nəsimi rayon filialına yaxınlaşaraq, saxta 300 ABŞ dolları məbləğində pulu dəyişmək istəyib. Bank əməkdaşları pulun saxta olduğunu görüb, polisə məlumat veriblər.

Qazaxıstan sosial şəbəkələri qadağan edə bilər – Şərt

27 Mart 2018 17:54

Qazaxıstan Yutub, Feysbuk və Tvitter kimi sosial şəbəkələri ölkə ərazisində qadağan edə bilər. Bu barədə informasiyanı Qazaxıstan Rabitə Nazirliyi yayıb. Nazirlik bu sosial şəbəkələrdən Qazaxıstan vətəndaşları üçün Demokratik Seçim Hərəkatının məlumatlarının bloklanmasını tələb edib. Rəsmi Astana həmçinin Vkontakte, Odnoklasniki, Teleqram kimi sosial şəbəkələrə də məktub göndərib.

Azərbaycanda təhsil işçilərinin əməkhaqqı artırıldı

27 Mart 2018 17:51

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarına dəyişikliklər edib.

Yeni Olimpiya İdman Kompleksinin tikintisinin təməli qoyuldu

27 Mart 2018 17:49

Bu gün Beyləqan rayonunda yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi  olub. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beyləqan rayon İcra hakimiyyətinin  başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmilər iştirak ediblər.

ABŞ-ın Azərbaycandakı səfiri Energetika Nazirliyində olub

27 Mart 2018 17:49

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin ayrı-ayrı seqmentlərinin yekunlaşmaq üzrə olduğu vurğulanaraq cari ildə layihənin reallaşması ilə bağlı mühüm hadisələrin qeyd olunacağı bildirilib. 

Xalq artisti oğlu ilə eyni saatda qəza keçirdi

27 Mart 2018 17:46

Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz yüngül avtomobil qəzası keçirib. Bu barədə Cavidan Novruz özü məlumat verib.

Argentinada 68 delfin özünü sahilə atıb

27 Mart 2018 17:31

Argentinanın cənubundakı Çubut əyalətində 68 Amazon delfini özünü sahilə atıb. Məlumata görə, delfinlərdən 19-u xilas edilərək geri qaytarılıb. Hadisə ilə bağlı çimərlik zonası bağlanıb, sakinlərə dənizə girməmək tövsiyə olunub. Hazırda mütəxəssislər delfinlərin sahilə çıxmasının səbəblərini araşdırır.

Bakıda 17 yaşlı ərəb turist itkin düşdü

27 Mart 2018 17:30

Birləşmiş Ərəb Əmirliklərindən olan turist Bakıda itkin düşüb. Bu barədə səfirlikdən məlumat verilib.

Prezident İlham Əliyev: "Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər"

27 Mart 2018 17:25

Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Məlumata görə, bunu Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edən Prezident İlham Əliyev tibb ocağının kollektivi ilə görüşündə deyib.