Gündəm
"Şaxtyor" braziliyalı futbolçunu transfer edir
"Şaxtyor" daha bir braziliyalı futbolçunun transferini həll edib. "Korintians"ın yarımmüdafiəçisi Maykon ötən həftə San Paulo şəhərində tibbi müayinədən keçirilib.
Rusiya mundialını boykot etməyi düşünən ölkələr 5-ə çatdı
Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Serqey Skripalın zəhərlənməsinə görə Rusiyada keçiriləcək mundialı rəsmən boykot edən ilk ölkə İslandiya oldu. "Vikinqlər"in heç bir dövlət nümayəndəsi turnirdə olmayacaq.
Kitab oxumaq insanı xeyirxah və nəcib edir
Sən demə, ədəbiyyatı sevmək, kitab oxumaq insanın intellektual səviyyəsini artırmaqla bərabər, onu daha xeyirxah və nəcib edir. Müvafiq tədqiqat Böyük Britaniya alimləri tərəfindən aparılıb. “AH-onlayn” saytında yer alan xəbərdə deyilir ki, elmi eksperimentdə 4 min nəfər iştirak edib.
Britaniya alimləri: Kofenin insana enerji verməsi fikri yanlışdır!
Çoxlarımız hər səhər bir fincan ətirli tünd kofe içirik. Belə hesab edirik ki, tərkibində kofein olan içkilər bizi daha gümrah edir. Britaniya alimləri kofeinin insana gümrahlıq və enerji verməsi fikrini təkzib ediblər.
Yüksək kalorili səhər yeməyi arıqlamağa kömək edir
Təl-Əviv Universitetindən olan tədqiqatçıların fikrincə, yüksəkkalorili səhər yeməyi piylənmədən və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələrin arıqlamasında kömək edir, diabetin əlamətlərini yüngülləşdirir və insulinə tələbatı azaldır.
Bədəni yaxşı formada saxlamaq istəyirsiniz?- Həftədə bir dəfə balıq yeyin!
Balıq ən faydalı qida məhsullarından biridir. Sağlam həyat tərzi keçirən insanların əksəriyyəti belə hesab edir və bu barədə xeyli məlumata malikdirlər. Lakin elmi işçilər müəyyən ediblər ki, balıq ətindən həddindən artıq tez-tez istifadə etmək olmaz. “Apotheken Umschau” jurnalının səhifələrində Boston tədqiqatçılarının aşkar etdikləri faktlar dərc edilib. Məlum olub ki, bədəni yaxşı formada saxlamaq və özünü gümrah hiss etmək üçün həftədə bir dəfə balıq yemək kifayətdir.
Kemerovo şəhərindəki ticarət-əyləncə mərkəzinin rəhbəri yanğının qəsdən törədildiyini iddia edib
Rusiyanın Kemerovo şəhərində yerləşən və martın 25-də dəhşətli yanğının baş verdiyi "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzinin baş direktoru Nadejda Suddenok istintaqa ifadə verib.
Anosmiya xəstəliyi nədir?
Bu qabaqcıl smartfonun avtonom işləmə müddəti ürəkaçan deyil
Mütəxəssislər qabaqcıl smartfonların avtonom işləmə müddətini sınaqdan keçiriblər. Göstəricilər ürək açan deyil.
ABŞ hərbçiləri 3,1 milyardlıq "yeyinti"də ittiham olunur
ABŞ Müdafiə Nazirliyi yanında Baş Müfəttiş İdarəsi mart ayında Əfqanıstanda büdcə vəsaitlərinin xərclənməsi barədə hesabat dərc edib.
Uçuş zamanı formasını dəyişən kosmik aparat yaradılacaq
Çin Raket Texnologiyaları Akademiyası (CALT) uçuş vaxtı konfiqurasiyasını dəyişən aerokosmik uçuş aparatı hazırlamağa başlayıb. Bu barədə akademiyanın rəsmi saytında dərc edilən məlumatda deyilir.
Prezident İlham Əliyev 5 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayırıb - SİYAHI
Prezident İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Süni intellekt real vaxt rejimində cinayət hallarını qeydə alacaq
ABŞ-ın “Faceter” startapı blokçeyn texnologiyasına əsaslanan eyniadlı “ağıllı” videomüşahidə sistemi təqdim edib. Süni intellekt real vaxt rejimində cinayət hallarını müstəqil aşkarlaya bilir.
NATO qərargahındakı 7 Rusiya diplomatı "arzuolunmaz şəxs" elan olunub
Rusiyanın NATO-nun Brüsseldəki mənzil-qərargahında akkreditə olunmuş 7 diplomatı “arzuolunmaz şəxs” elan edilib.
Simsiz diş sensoru qidanın kimyəvi tərkibini müəyyənləşdirəcək
Tafts Universitetində (ABŞ) çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv antenna quraşdırılıb.














