ABŞ hərbçiləri 3,1 milyardlıq "yeyinti"də ittiham olunur

ABŞ Müdafiə Nazirliyi yanında Baş Müfəttiş İdarəsi mart ayında Əfqanıstanda büdcə vəsaitlərinin xərclənməsi barədə hesabat dərc edib.

ABŞ Müdafiə Nazirliyi yanında Baş Müfəttiş İdarəsi mart ayında Əfqanıstanda büdcə vəsaitlərinin xərclənməsi barədə hesabat dərc edib. Hesabatda ayrılan pulların təyinatı üzrə xərclənib-xərclənməməsini izləməkdə sistemli problemlərin olması barədə məlumat verilib.

ABŞ-ın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üzrə Birgə Komandanlığı maliyyə nəzarəti ilə bağlı problemlərə görə ayrılmış 3,1 milyard dollar məbləğində vəsaitin təyinatı üzrə istifadə edilib-edilməməsinə təminat verə bilmir.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Əfqanıstandakı bölməsi dəfələrlə ölkəyə göndərilən vəsaitlərin istifadəsinin izlənməsində problemlər olduğunu bildirib, lakin vəziyyəti düzəltmək mümkün olmayıb.

Belə ki, 2015-ci ildən bəri ABŞ Müdafiə Nazirliyi yanında Baş Müfəttiş İdarəsi Əfqanıstandakı ABŞ hərbi komandanlığına ayrılmış vəsaitlərin izlənməsində sistemli problemlərin olmasını 7 hesabatda göstərib. Əlavə edək ki, bu vəsait hesabına Əfqanıstan hökuməti yanacaq, döyüş sursatı və nəqliyyat vasitələri alıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31