Gündəm
Məşhurlar haqda bunları ilk dəfə öyrənəcəksiniz - FOTOLAR
Baş nazir xəstəxanaya yerləşdirildi
İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı yüksək hərarət və güclü öskürəklə Qüdsün "Hadassa Eyn-Karem" tibb mərkəzinə yerləşdirilib. Bu barədə yerli "Yedioth Ahronoth" qəzeti yazıb.
Qətliam: 1433 ölü, 3607 yaralı
Bəşər Əsəd qüvvələrinin Şərqi Qutaya endirdiyi aviazərbələr nəticəsində bir ayda 1433 nəfər həlak olub. Göstərilən rəqəmlər 19 fevral-23 mart tarixlərində qeydə alınıb. Həlak onlardan 291-i uşaq, 223-ü qadındır.
Şəhriyar Kramniklə heç-heçə oynadı
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində bu gün sonuncu - XIV turun görüşləri keçirilir. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.
“Sərhədsiz teatr” yenidən Azərbaycana gəlir
Mayın 12-də Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə “Sərhədsiz teatr” üçüncü Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunacaq.
Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə etdi
Bakıda deputatlığa namizəd həbs olundu – FOTOLAR
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqla axtarışda olan şəxsi həbs edib. 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib.
Yeni doğulmuş körpəni küçəyə atdılar - ŞİRVANDA
Tələbələr Mir Cəlal Paşayevin “Xatirələr”ini hazırlayır
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecdə yaradılmış “Mizan” Tələbə Dram Dərnəyində yeni tamaşa hazırlanır. Ölkə Prezidentinin görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illlik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq, Fondun təşəbbüsü ilə ədibin hekayələri motivində səhnələşdirilən tamaşa gələn ay təhvil veriləcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Prezidenti dəstəkləyir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sahəsinə göstərdiyi qayğıdan danışıb. Seçkilər ərəfəsində ölkə başçısının namizədliyinin kollektiv tərəfindən dəstəkləndiyini bildirərək Prezidentin ölkədə mədəniyyət sahələrinə və teatrın inkişafı ilə bağlı verdiyi çoxsaylı sərəncamları diqqətə çatdırıb: "Azərbaycanda prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Ölkəmizdə demokratik və şəffaf seçkilərin təmin olunması üçün həmişə olduğu kimi lazımı şərait yaradılıb. Seçki kampaniyasında çoxsaylı ictimai-siyası təşkilatlarla yanaşı, ölkədə fəaliyyət göstərən yaradıcılıq birlikləri də yüksək səviyyədə iştirak edir.
Təbriz Teartı yenidən Musiqili Teatrda
Yaratdığı obrazlarla İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz Teatrının rəhbəri Babək Nəhreynin iştirakıyla 27 və 30 mart tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında konsert proqramı olacaq. Olaylar.az bildirir ki, ötən il Musiqili Teatrda tamaşaçıların görüşünə “Bəxtəvər” komediyası ilə gələn güneyli aktyor bu dəfə də təqdim edəcəyi layihəni Novruz Bayramı günlərində İrandan - soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə gələn çoxsaylı turistlərin mədəni istirahətlərini təmin etmək üçün təşkil edib.
Tanınmış jurnalistə Türkiyədə vəzifə verildi
Tanınmış jurnalist, xəbər aparıcı və Azərbaycan Uşaqlar birliyinin,uşaq sığınacağının keçmiş direktoru Vasif Akifli artıq Türkiyədə yaşıyır. Olaylar.az -a bu haqda açıqlama verən Vasif Akifli bildirib ki, Türkiyədə ona yeni vəzifə təklif olunub. Belə ki, keçmiş direktor ZG MEDYA, Kaana yapım reklam organizasyon ve dış ticaret LTD şirkətində Uluslararası medya departmanı müdüri vezivəzifəsinə dəvət alıb.
Xuraman hədələdi: "Sizi məhv edərəm"
Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə onu tənqid edənlərə sərt cavab verib. Aktrisa ailəsinin təhqir olunduğunu bildirib. O, bundan sonra ona pis şərh yazanı tapıb cəzalandıracağını söyləyib: "Bundan sonra ailəmə artıq söz yazan qarşısında məni görsün.
UEFA avrokubokların reqlamentində bəzi dəyişikliklər etdi
UEFA Çempionlar Liqası (ÇL), Avropa Liqası və Superkubok yarışlarının reqlamentində dəyişikliklər edib. Yeniliklər 2018/2019 mövsümündən tətbiq olunacaq. Dəyişikliklərə əsasən, pley-off matçlarında əlavə vaxt zamanı 4-cü əvəzetməyə icazə veriləcək. Hər iki yarışın final oyununda, eləcə də Superkubokda iştirak ərizəsinə 23 futbolçunun adını daxil etmək mümkün olacaq (digər görüşlərdə 18 futbolçu - red.). Beləliklə, ehtiyat oyunçular skamiyasında 12 futbolçu əyləşə biləcək.
Devid Bekhemdən şok transferlər: "Ronaldu, Runi..."
2020-ci ildən etibarən ABŞ-ın MLS liqasında çıxış edəcək "Mayami" klubunun sahibi Devid Bekhem sürpriz transferlərə imza atmağa hazırlaşır. Hazırda aşağı liqada çıxış edən klub bir neçə dünya ulduzunu heyətinə qatacaq.













