Yeni doğulmuş körpəni küçəyə atdılar - ŞİRVANDA

Şirvan şəhərində ikigünlük körpə qız küçəyə atılıb. Martın 25-də doğulmuş qız uşağı küçədə tapılıb.

Körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə təhvil verilib. Şöbədən verilən məlumata görə, körpənin çəkisi 3 kiloqramdır və səhhəti qənaətbəxşdir. Onun kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31