Gündəm
Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib, başsağlığı kitabı açılıb
Rusiyanın Kemerovo şəhərində martın 25-də ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb. Bu barədə səfirlikdən məlumat verilib.
Yaponiya Rusiyaya nota verdi: Dayandırın!
Rusiyanın İturup adalarında keçirdiyi hərbi təlimlə əlaqədar olaraq Yaponiya rəsmi Moskvaya öz etirazını bildirib. Bunu parlamentdə çıxışı zamanı Yaponiya Xarici İşlər naziri Taro Kono deyib. “Bu təlimlər Rusiyanın Kuril adalarında hərbi mövcudluğunun artırmasına imkan yaradır. Bu isə ölkəmizin bu adalarla bağlı mövqeyinə uyğun gəlmir”, – deyə o bildirib.
Myanmada yeni prezident seçildi - KİM?
Myanmada yeni prezident seçilib. Məlumata görə, yeni prezident ölkənin Aşağı Palatasının sabiq spikeri 66 yaşlı Vin Mint seçilib.
ABŞ-ın Azərbaycandakı səfiri Energetika Nazirliyində olub
Müdafiə naziri Türkiyəyə gedib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.
Azərbaycanlı məşhura hücum edildi – ŞOK FOTOLAR
“Dəyirman” qrupunun üzvü, məşhur müğənni və “V element” verilişinin aparıcısı ABD Malikin maşınına hücum ediblər. Bu barədə Malik özü instaqram səhifəsində məlumat verib. Malik şüşələri sındırılan maşının fotosunu paylaşaraq “Pul qabını maşında qoymayın” sözlərini yazıb.
Dövlət Departamentindən Saakyanın ABŞ-a səfəri ilə bağlı AÇIQLAMA
ABŞ Dağlıq Qarabağda yaradılmış de-fakto rejimi tanımır. Bunu ABŞ Dövlət Departamentindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın bu yaxınlarda Birləşmiş Ştatlara səfərini şərh edərkən deyiblər.
Çin kosmik stansiyasi Dağıstana düşə bilər
Çinin birinci kosmik stansiyası "Tyanqun-1" ("Səma sarayı-1") atmosferə daxil olaraq həftə ərzində yanacaq, onun qalıqları isə Yer planetinə düşə bilər. Məlumata görə, bu barədə Avropa Kosmik Agentliyindən xəbər verilib. Hazırda stansiya 200 kilometr hündürlükdə yerləşir, hər gün isə bu məsafə 4 km azalır. Onun düşməsi yaxın günlərdə daha da sürətlənə bilər. Gözlənilir ki, Yerə çatmağına 70 kilometr qalmış stansiya ikiyə bölünəcək.
Makron Ermənistanın Fransaya münasibətindəki disbalansı gücləndirmək niyyətindədir
Ermənistan prezidenti S. Sərkisyan uzun müddətdir öz ölkəsinin ərazisində 3 beynəlxalq tədbiri keçirmək məqsədilə fəaliyyət göstərir. Bunlardan ən vacibi Ermənistanda Frankofoniya sammitinin keçirilməsidir. Çünki Frankofoniyanın Ermənistandakı sammitində bir neçə dövlət başçısının iştirakı gözlənilir.
Kremlin Skripal olayında hədəfi budur - Mettis
Britaniyada Sergey Skripalın zəhərlənməsi Rusiya tərəfindən Qərb ölkələrinin birliyinin pozulması üçün planlaşdırılıb.
Avropada gərginlik: diplomat həbs edildi, 32 nəfər yaralandı
Kosovada Serbiya Nazirlər Kabinetində Kosova və Metoxiya üzrə İdarənin rəhbəri Marko Curiç və onun köməkçisi saxlanılıb.
“Söz” ədəbiyyat layihəsi çərçivəsində növbəti tədbir
Gənc, istedadlı ədiblərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Söz” ədəbiyyat layihəsinin direktoru, şair Nigar Həsən-zadənin təşkilatçılığı ilə növbəti ədəbi-bədii gecə keçiriləcək.
Eks prezidentə qarşı sui-qəsd
Braziliyada naməlum şəxslər ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanın maşın karvanını atəşə tutublar. Bu barədə keçmiş dövlət başçısının "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.
İllərlə içi boş hesab edilən məzardan görün nə çıxdı
Avstraliya yayım qurumlarında yer alan xəbərə görə, Sidney Universiteti araşdırmaçıları 150 ildir muzeydə qapalı tutulan taxtın içində mumiya qalıqlarına rast gəlib. Nicholson Muzeyindən arxeoloq Ceym Fraser keçən il açdıqları bir qəbir yerində tapdıqları mumiyalanmış qalıqların təxminən 2500 il öncəsinə aid olduğunu açıqlayıb.
“Facebook”a qarşı təhqiqat: Zukerberq ABŞ konqressinə dəvət olundu
“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ konqressinə dəvət olunub. O sosial şəbəkənin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının oğurlanması ilə bağlı dinləmələrdə ifadə verəcək.














