“Facebook”a qarşı təhqiqat: Zukerberq ABŞ konqressinə dəvət olundu

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ konqressinə dəvət olunub. O sosial şəbəkənin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının oğurlanması ilə bağlı dinləmələrdə ifadə verəcək.

"Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ konqressinə dəvət olunub.

O sosial şəbəkənin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının oğurlanması ilə bağlı dinləmələrdə ifadə verəcək.

Daha öncə Zukerberq Böyük Britaniya parlamentində keçirilən analoji dinləmələrdə iştirak etməkdən imtina edib.

Xatırladaq ki, martın əvvəlində 50 milyon "Facebook" istifadəçisinin şəxsi məlumatlarının siyasi konsaltinq və siyasi reklam üzrə ixtisaslaşan "Cambridge Analytica" şirkətinə ötürülməsi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, "Cambridge Analytica" ABŞ prezidenti seçkiləri zamanı Donald Trampın seçkiqabağı qərargahı ilə əməkdaşlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31