Gündəm

Erməni döyüşçü gizlinləri açdı: "Madagiz postunda 29 ölü və 38 yaralı var idi"

28 Mart 2018 12:27

Azərbyacan əsgərindən layiqli cavabını alan erməni döyüşçü dövlətindən yardım ala bilmir. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgərindən layiqli cavabını alan erməni döyüşçüləri dövlətdən yardım ala bilməmələrindən gileylənirlər. 

Daha bir ölkə Rusiyanı boykot etdi

28 Mart 2018 12:24

İngiltərə ilə Rusiya arasında yaşanan “Skirpal işi” gərginliyi bu il Rusiyada keçiriləcək Dünya Çempionatına da mənfi təsirini göstərib. İslandiya 2018 Dünya Çempionatını diplomatik boykot edəcək. Bu barədə İslandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirib ki, Salisburi şəhərində yaşanan faciə beynəlxalq hüquqları pozur və Avropadakı sülhə, təhülkəsizlyə təhdid xarakteri daşıyır. Həmçinin qeyd edilib ki, iki ölkə arasında bütün ali səviyyəli ikili dialoqlar müvəqqəqti olaraq təxirə salınıb.

Tünzalə Ağayeva atasının ölümündən yazdı

28 Mart 2018 12:22

2 gün əvvəl atasını itirən əməkdar artist Tünzalə Ağayeva ürək sözlərini instaqramda yazıb. Müğənni valideynlərə həsr olunmuş “Qoşa qanad” mahnısına çəkilən klipini sosial şəbəkədə paylaşıb və fikirlərini belə ifadə edib: “Mənim və ailəmin üzüntüsünü paylaşan hər kəsə könüldən minnətdaram. Allah sizdən razı olsun, yaxşı ki, varsız... Qoşa qanadlarımızın dəyərini onlar sağ ikən bilək”.

Mübariz Qurbanlı: "Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 200 il əvvəldən başlayıb"

28 Mart 2018 12:19

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 200 il əvvəldən başlayıb. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Deputat: "Zatulinin erməni siyasi maraqlarına xidmət etməsi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan haldır"

28 Mart 2018 12:16

Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulinin bu günlərdə Ermənistana rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər onun Ermənistan siyasi hakimiyyətinin əlində Azərbaycana qarşı istifadə edilən alət olduğunu növbəti dəfə təsdiqlədi.

Nazirlik: "800 tələbəlik yataqxana kompleksi növbəti tədris ilində istifadəyə veriləcək"

28 Mart 2018 12:14

Təhsil Nazirliyinin təşəbbüsü vəHeydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir.

Azərbaycandakı dini konfessiya rəhbərləri dünya ictimaiyyətinə müraciət qəbul ediblər

28 Mart 2018 12:11

Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət qəbul ediblər. Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Alban-Udi xristian icmasının sədri Robert Mobilinin imzaladığı müraciətdə deyilir: “O Bir Olan Yaradanın adı ilə! Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının dilək və hisslərini ifadə edərək, müraciətimizi Azərbaycan xalqına qarşı məkrli və ağlasığmaz cinayətlərlə müşayiət olunmuş bəşəri cinayətin - soyqırımın 100 illiyi ərəfəsində bütün dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

Əli Həsənov: "Mənim Hafiz Hacıyevlə telefon əlaqəmə dair yayılan məlumatlar spekulyasiya xarakterlidir"

28 Mart 2018 12:06

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.

QMİ sədri: "Allahın 200 il əvvəl bizə qonşu göndərdiyi ermənilər mənfur çıxdı"

28 Mart 2018 12:03

"Allah 200 il əvvəl erməniləri bizə qonşu olaraq göndərdi, amma təəssüf ki, bu qonşu mənfur çıxdı". Məlumata görə bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 Mart - Azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş tədbirdə bildirib.

SORĞU: Əhali İlham Əliyevin siyasi xəttini dəstəkləyir

28 Mart 2018 11:54

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı ABŞ-ın "AJF & Associates Inc." təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" tərəfindən birgə təşkil ediləcək "exit-poll" öncəsi keçirilmiş sosioloji sorğunun nəticələri açıqlanıb.

Üslubi “mühacir”lərin söyüş “bumeranq”ı...

28 Mart 2018 11:51

İctimaiyyətin nifrətini qazanmış muzdlu “söyüşçü”lər qrupunun üzvləri, söyüşü özlərinə silah hesab edənlər bilməlidirlər ki, bu yalnız bumeranq silahıdır. Ya həqiqətən bunu bilmirlər (ki, bu mümkün deyil), ya da həqiqətən bunlar vətəninə, dövlətinə, ailəsinə dəyər verməyən məxluqlardır. Əxlaqi çərçivələri söyüşlə sərhədləşmiş bu məxluqlar pulu özlərinə əsas dəyər, maliyə mənbəsi olan ocaqları isə özlərinə vətən bəlləmişlər.

“Lotu Quli”yə AĞIR ZƏRBƏ – “Kral” titulu uğrunda müharibə BAŞA ÇATDI

28 Mart 2018 11:47

“Qanuni oğrular” Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxariya Kalaşovun (“Şakro Molodoy”) yerinə “Bir nömrəli oğru” statusu ilə bağlı müzakirələri başa çatdırıb.

Səyyar ASAN xidmət 10 məntəqədə  vətəndaşların xidmətində

28 Mart 2018 11:45

Səyyar ASAN xidmət 28 mart – 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 16 aprel Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 28 mart – 11 aprel Horadiz və Şabran şəhərlərində, 28 mart – 6 aprel Sabunçu rayonunun Nardaran qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Teatrda “Bir, iki – bizimki!”  

28 Mart 2018 11:43

Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşanın premyerası olub. Teatrın mətbuat xidmətindən Olaylar.az –a verilən məlumata görə, yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan tamaşadan əvvəl çıxış edən teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında məlumat verib. Teatr rəhbəri bildirib ki, “Bir, iki – bizimki!” Azərbaycanın böyük teatr xadimi Abbas Mirzə Şərifzadənin adını daşıyan səhnədə nümayiş olunan ilk tamaşadır.