Səyyar ASAN xidmət 10 məntəqədə vətəndaşların xidmətində
Səyyar ASAN xidmət 28 mart – 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 16 aprel Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 28 mart – 11 aprel Horadiz və Şabran şəhərlərində, 28 mart – 6 aprel Sabunçu rayonunun Nardaran qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
28 Mart 2018 11:45 SosialSəyyar ASAN xidmət 28 mart - 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 16 aprel Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 28 mart - 11 aprel Horadiz və Şabran şəhərlərində, 28 mart - 6 aprel Sabunçu rayonunun Nardaran qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.