Şəhriyar Kramniklə heç-heçə oynadı
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində bu gün sonuncu - XIV turun görüşləri keçirilir. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.
28 Mart 2018 08:57 İdmanAlmaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində bu gün sonuncu - XIV turun görüşləri keçirilir.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.
Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Fabiano Karuana Aleksandr Qrişuka uduzmalıdır. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31