Kitab oxumaq insanı xeyirxah və nəcib edir
Sən demə, ədəbiyyatı sevmək, kitab oxumaq insanın intellektual səviyyəsini artırmaqla bərabər, onu daha xeyirxah və nəcib edir. Müvafiq tədqiqat Böyük Britaniya alimləri tərəfindən aparılıb. “AH-onlayn” saytında yer alan xəbərdə deyilir ki, elmi eksperimentdə 4 min nəfər iştirak edib.
27 Mart 2018 19:06 SosialSən demə, ədəbiyyatı sevmək, kitab oxumaq insanın intellektual səviyyəsini artırmaqla bərabər, onu daha xeyirxah və nəcib edir. Müvafiq tədqiqat Böyük Britaniya alimləri tərəfindən aparılıb. "AH-onlayn" saytında yer alan xəbərdə deyilir ki, elmi eksperimentdə 4 min nəfər iştirak edib. Tədqiqatın nəticələrinə əsasən mütəxəssislər bildiriblər ki, kitab oxumağı sevənlər nə yuxusuzluqdan, nə stressdən, nə də depressiyadan əziyyət çəkirlər. Üstəlik, onlar həyatın çətin sınaqlarından alnıaçıq-üzüağ çıxırlar. Sia.az