Bakıda 17 yaşlı ərəb turist itkin düşdü
Birləşmiş Ərəb Əmirliklərindən olan turist Bakıda itkin düşüb. Bu barədə səfirlikdən məlumat verilib.
27 Mart 2018 17:30 SosialBirləşmiş Ərəb Əmirliklərindən olan turist Bakıda itkin düşüb. Bu barədə səfirlikdən məlumat verilib.
Bildirilir ki, martın 27-də saat 05: 20 radələrində daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer paytaxta yerləşən Winter park otelindən çıxıb və bir daha geri qayıtmayıb. Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi onun görənlərdən səfirliyə müraciət etmələrini və ya 051 660 65 55 nömrəli telefona zəng etmələrini xahiş edir. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31