Yeni Olimpiya İdman Kompleksinin tikintisinin təməli qoyuldu

Bu gün Beyləqan rayonunda yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi  olub. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beyləqan rayon İcra hakimiyyətinin  başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmilər iştirak ediblər.

Bu gün Beyləqan rayonunda yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi  olub. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beyləqan rayon İcra hakimiyyətinin  başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmilər iştirak ediblər.

Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulub.

Nazir Azad Rəhimov çıxışında bildirib ki, sayca 45-ci olan Beyləqan Olimpiya İdman Kompleksində 1000-ə yaxın tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan Universal idman zalı, Güləş zalı, Boks zalı, Qrup məşqləri və Trenajor zalı, 180 tamaşaçı tribunası və 24x12 olçüdə üzgücülük hovuzu olan Üzgüçülük zalı inşa ediləcək.

Kompleksin tikintisi məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şəhər stadionunun ərazisindən 2,61 ha torpaq sahəsi ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31