Gündəm
Cinayət Məcəlləsinə dəyişiklik edilir - yeni cəzalar müəyyənləşdirilib
Azərbaycanda işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilir. Məcəllənin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilir. Dəyişikliyə əsasən, maddənin adı “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” olması təklif edilir.
“Müəllimlərə ucuz işçi qüvvəsi kimi baxırlar”
“Son 15 ildə Azərbaycan təhsil sistemində böyük irəliləyişlər var. Müəllim hazırlayan ali təhsil ocaqları birləşdirilib, filiallar ləğv edilib. Müəllmilərin test üsulu ilə işə götürülməsində şəffaflıq təmin olunmaqdadır. Orta məktəb müəllimlərinin biliklərinin diaqnostik qiymətləndirilməsi həyata keçirilir.
Milli Məclis soyqırıma görə yığışacaq
Martın 30-da Milli Məclisin Dünya Azərbyacnlılarının Soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclası keçiriləcək. Bu haqda Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Bildirib ki, iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi”dir. Xüsusi iclasda soyqırımı ilə bağlı qərar layihəsi qəbul ediləcək.
Parlament 13 qanuna dəyişiklik edəcək
Martın 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. “Olaylar”ın məlumatına görə, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Bunlar “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” və “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunlarına dəyişiklik layihələridir.
"Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"
Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi inkişaf strategiyasının başlıca məqsədi ölkədə davamlı iqtisadi artıma və sosial rifaha nail olunmqdır. Bunun üçün hazırkı mərhələdə iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür.
Rusiyalı tarixçi: "Törədilən qırğınlara hüquqi qiymət verilməlidir"
"1918-ci ildə Bakıda və Azərbaycanın digər regionlarında törədilən qırğınlara hüquqi qiymət verilməlidir". Bunu Bakıda "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti" mövzusunda beynəlxalq elmi konfransda rusiyalı tarixçi Oleq Kuznetsov deyib.
Daim sənətin zirvəsində olasınız, böyük sənətkar...
Görkəmli muğam ifaçısı, Respublikanın xalq artisti Arif Babayevin 80 yaşı tamam oldu. Onun musiqi və muğam sənətində əvəzolunmaz xidmətləri var. Böyük sənətkar, mahir muğam ifaçısı kimi, təkcə doğma Azərbaycanda deyil, bütün Şərq və Türk ölkələrində məşhurdur.
Müğənniyə ölən anasından ismarıc gəldi: "Borcumu ödə"
Müğənni Can Bonomoya 2011-ci ildə xərçəng xəstəliyindən ölən anası Günəş Bonomodan Facebook mesajı gəlib. Gördükləri qarşısında təəccüblənən müğənni daha sonra anasının social şəbəkə hesabının hakerlər tərəfindən ələ keçirildiyini anlayıb. Mesajda deyilir: “Oğlum, mən ananam. Necəsən? Bu şəxsi sirrimiz olsun. Buradan da əlaqə qurmaq imkanımız var. Mən yaxşıyam. Ölməzdən əvvəl bir nəfərə borcum var idi. Sənə bank hesabını göndərsəm, 10 min avro ödəyərsən? Mən ananam, günəş kimi parlaq ol”.
Bir ildə 22 insanı yedi - Ürəyi zəif olanlar baxmasın- VİDEO
Hindistanın Lakhimpur Kheri bölgəsində bir ildə 22 nəfəri öldürən pələng kəndlilər tərəfindən yaxalanaraq öldürülüb.
Müdafiə Nazirliyi və Mətbuat Şurası yazı müsabiqəsi elan edir
Müdafiə Nazirliyi və Mətbuat Şurası Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qismlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübələrin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə ordu arasında əlaqələrin genişləndirilərək daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.
Səfər Əbiyevin "sağ əli" haqqında yeni faktlar - FOTO/VİDEO
Azərbaycanlılara qarşı soyqırımı siyasəti sovet hakimiyyəti illərində də davam edib
Erməni şovinistlərinin azərbaycanlılara qarşı əsrin əvvəllərindən apardıqları soyqırımı siyasəti Sovet hakimiyyəti illərində də davam edib. Belə ki, ermənilər artıq ənənə halını almış qayda və üsullarla azərbaycanlıların Ermənistan SSR-nin ərazisindən sıxışdırmağı, qonşular hesabına ərazilərini gerişlərdirməyi davam etdiriblər.
Azərbaycan xalqı seçkilərdə İlham Əliyevə səs verəcək
Məlum olduğu kimi ölkə mühüm siyasi hadisə, prezident seçkiləri ərəfəsindədir. Seçkiöncəsi cəmiyyətin ictimai-siyasi fəallığı, seçkilərə olan münasibət onu deməyə əsas verir ki, 11 aprel seçkiləri yüksək səviyyədə. Azad və demokratik şəraitdə baş tutacaq və vətəndaşlar öz səsvermə hüquqlarından istifadə edərək ən layiqli namizədə səs verəcəklər.
Qida məhsullarının istehsalında istifadə olunan əlavələr təhlükəlidirmi?
Qida istehsalı zamanı məhsulun bir sıra keyfiyyət xüsusiyyətlərini artırmaq üçün təbii və ya sintetik yolla əldə edilmiş qida əlavələrindən istifadə edilir. Qida əlavəsi qida məhsulunun tərkibinə daxil olur. Heç vaxt qida əlavəsinin ayrıca istifadəsinə yol verilmir. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qida əlavəsi istifadə edilən zaman bir sıra önəmli qaydalar nəzərə alınır ki, bu sıraya insan sağlamlığı üçün tam təhlükəsiz olması; insan üçün toksik və ya zəhərli olmaması; insanda xərçəngin əmələ gəlməsinə səbəb olmaması; zərərli maddələrin olmaması və antibakterial effektinin olması daxildir.














