Azərbaycan xalqı seçkilərdə İlham Əliyevə səs verəcək

Məlum olduğu kimi ölkə mühüm siyasi hadisə, prezident seçkiləri ərəfəsindədir. Seçkiöncəsi cəmiyyətin ictimai-siyasi fəallığı, seçkilərə olan münasibət onu deməyə əsas verir ki, 11 aprel seçkiləri yüksək səviyyədə. Azad və demokratik şəraitdə baş tutacaq və vətəndaşlar öz səsvermə hüquqlarından istifadə edərək ən layiqli namizədə səs verəcəklər.

Məlum olduğu kimi ölkə mühüm siyasi hadisə, prezident seçkiləri ərəfəsindədir. Seçkiöncəsi cəmiyyətin ictimai-siyasi fəallığı, seçkilərə olan münasibət onu deməyə əsas verir ki, 11 aprel seçkiləri yüksək səviyyədə. Azad və demokratik şəraitdə baş tutacaq və vətəndaşlar öz səsvermə hüquqlarından istifadə edərək ən layiqli namizədə səs verəcəklər. Seçki ərəfəsində keçirilən rəy sorğularının nəticələri onu deməyə əsas verir ki, seçkilərin qalibi hakim Yeni Azərbaycan Partiyasının namizədi olacaq. Elə millət vəkili Əhliman Əmiraslanov da bu qənaətdədir. O, bildirib ki, İlham Əliyevin qələbəsini şərtləndirən amillər kifayət qədərdir: "14 ildə  Heydər Əliyev siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Hər bir inkişafın iqtisadiyyat üzərində qurulduğunu önə çəkən dövlət başçısı İlham Əliyev  yeni mərhələdə  özəl sektorun təkmilləşməsini prioritet məsələ kimi  öndə saxladı. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan davamlı addımlar öz müsbət nəticəsini verir. Statistik rəqəmlərə diqqət yetirək. Son 15 ildə  iqtisadiyyat 3 dəfədən çox artıb. Azərbaycan  dünyanın ən dinamik iqtisadi inkişafa  malik ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Yoxsulluq 50 faizdən 5 faizə enib. Bir milyon 900 min yeni iş yeri yaradılıb. Əhalinin real gəliri 2,6 dəfə artıb. Bütün bunlar Heydər Əliyev siyasətinin uğurlarıdır.  Ölkəmizin müdafiə qabiliyyəti möhkəmlənib, dövlət büdcəsindən bu sahəyə xeyli məbləğdə  vəsait ayrılıb. Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur.  Cənab İlham Əliyev iqtisadi tərəqqiyə uyğun olaraq əmək haqlarının, pensiyaların artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Təkcə son aylarda imzalanan fərman və sərəncamlara diqqət yetirsək, "güclü dövlət, yüksək rifah" prinsipinin dövlət siyasətinin əsasında dayandığını aydın görərik. Dünyda iqtisadi və maliyyə böhranının baş verməsinə və nəticələrinin bu günə qədər davam etməsinə baxmayaraq,  iqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsindən sosial sahəyə ayrılmalar azalmadı, əksinə bu vəsaitlər daha da artırıldı. Yəni dövlətimizin siyasəti sosialyönümlü, Azərbaycanın inkişafına yönələn siyasətdir ki, bu da öz bəhrəsini verir. İslahatların dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşməsi davamlı uğurlara yol açan əsas amillərdəndir". Millət vəkili deyib ki, bu illər ərzində səhiyyə, təhsil sahəsində də  böyük uğurlar əldə edilib: "Yaxın keçmişə nəzər salsaq, düşünməzdik  ki, bu qədər xəstəxanalar, diaqnostika mərkəzləri tikilib istifadəyə veriləcək, ən əsası  dünya standartlarına cavab verən avadanlıqlarla  təchiz ediləcək. Son 15 ildə 642 tibb müəssisəsi istifadəyə verilib. Bu gün elə bir əməliyyat, müalicə üsulu yoxdur ki, onu ölkəmizdə həyata keçirmək mümkünsüz olsun. Xarici ölkələrdən gələn mütəxəssislər bizdə yaradılan  şəraitə heyrətlənirlər. Bu fikirləri  təhsil müəssisələri haqqında da söyləyə bilərik. 3000-dən çox yeni məktəb binası tikilib istifadəyə verilib, eyni zamanda əsaslı təmir olunub.  Ali təhsil müəssisələri həm kadr potensialını, həm də maddi-texniki bazasını genişləndirir. Elmin inkişafına göstərilən diqqət və qayğı davamlılığı ilə diqqət çəkir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasına göstərilən qayğını xüsusi qeyd etməliyik. Akademiyanın Elektron kitabxanasının istifadəyə verilməsi, həmçinin  Akademiya şəhərciyinin abadlaşdırılması,  Akademiyanın nəzdində fəaliyyət göstərən institutların maddi-texniki bazasının möhkəmləndirilməsi və digər mühüm işlər  elmin inkişafına  göstərilən diqqətdən  qaynaqlanır. Son 15 ildə cənab İlham Əliyev bir neçə dəfə Milli Elmlər Akademiyasında olub,  illik ümumi yığıncağında iştirak edib və tövsiyələrini çatdırıb. Ölkə Prezidentinin bu addımları Akademiyanın inkişafına böyük yol açır". Əhliman Əmiraslanovun sözlərinə görə,  uğurlarımız sırasında dövlət idarəçiliyi sahəsində atılan mühüm addımları qeyd etməliyik: "Vitse-prezidentlik institutunun yaradılması, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması gələcəkdə ölkəmizdə idarəçiliyin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan sabitləşdirici faktor kimi nüfuz qazanıb.  Təhlükəsizliyin, əmin-amanlığın təminatı  hər bir ölkənin inkişafı üçün əsasdır. Sabitlik, əmin- amanlıq  olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz.  Necə yüzillik dövlətçilik təcrübəsi olan ölkələrdə yaşananlara diqqət yetirək. Azərbaycan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl üzərində addımlayır, sabit ölkə kimi yeri və rolunu möhkəmləndirir. Ölkəmizin  beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsində də bu amilin rolu böyükdür.  Qeyd edim ki, ölkəmiz xarici siyasət sahəsində də mühüm uğurlara imza atıb.  Təbii ki, bu günümüzü dünənimizlə, ən əsası müstəqilliyimizin ilk illəri ilə müqayisə etsək, böyük uğurların, Azərbaycanın dünya birliyində layiqli yer tutduğunun şahidi olarıq. Bu, bir faktdır  ki, müstəqilliyimizin ilk illərində beynəlxalq aləmdə   Azərbaycan haqqında heç bir məlumat yox idi, həqiqətlərimiz  ermənilərin apardıqları yalan  təbliğata uyğun olaraq dünya ictimaiyyətinə çatdırılırdı. Lakin ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı informasiya blokadasından xilas etdi. Uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq    Azərbaycan bir dövlət olaraq öz varlığını təsdiqlədi,  həqiqətlərimizin təbliği dövlət siyasətinin əsasına çevrilərək erməni yalanlarının ifşası istiqamətində ciddi addımlar atıldı. Son 14 ildən artıq zamanda  ümummilli liderin muəyyənləşdirdiyi xarici siyasət kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  Azərbaycanı regionda  və dünyada əsl söz sahibinə çevirdi.  Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan 2011-ci ildə  155 ölkənin dəstəyini qazaranaq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında dostluq körpüsü rolunu daha da möhkəmləndirdi.   XXI əsrin layihəsi olan  "Cənub Qaz Dəhlizi"  Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini  bir daha təsdiqlədi.  Ötən ilin sentyabrında "Yeni əsrin müqaviləsi" imzalandı. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi.Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun aydın ifadəsini yaradır". Millət vəkilı əminliklə deyib ki, Azərbaycan xalqı seçkilərdə cənab İlham Əliyevə səs verəcək: "Cənab İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da  möhkəmlədirilməsinə, bütövlükdə ölkəmizin inkişafına səs verəcəyik. Çünki Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti ilə bağlıdır. Bu  siyasətin layiqli  davamçısı cənab İlham Əliyev  11 aprel prezident seçkilərində yenidən qələbəsini təmin edərək, Azərbaycanın davamlı inkişafının təminatçısı kimi təkmil islahatları ilə möhtəşəm uğurlarımızın miqyasını daha da genişləndirəcək.  Seçimlərində müstəqil olan xalqımız ağı qaradan seçməyi çox yaxşı bacarır. Əminəm ki,  11 aprel prezident seçkiləri seçicilərimizin  yüksək fəallığı şəraitində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi ilə tarixə yazılacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31