Gündəm

"Vətənim Azərbaycan"adlı yeni möhtəşəm layihə - Muğam Mərkəzi

29 Mart 2018 14:30

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarını və onların əsasında yaranmış xalq mahnılarını geniş ictimaiyyət arasında təbliğinə həsr olunmuş bir neçə silsilə layihələr həyata keçirir.  

Xalq niyə və nəyə davam deyir?

29 Mart 2018 14:26

Ölkə mühüm siyasi hadisə ərəfəsindədir. Söhbət aprelin 11-də keçiriləcək prezident seçkilərindən gedir. Artıq seçkilərin təbliğat-təşviqat mərhələsi prosesindəyik. Bir qayda olaraq ölkədə keçirilən bu və ya digər seçkilər ərəfəsində respondentlər arasında sosioloji sorğular keçirilir və seçkilərin favoriti müəyyənləşdirilir. Məhz bu kimi sorğular vasitəsilə seçkilərdə kimin qalib gələcəyi barədə ilkin rəy formalaşır.

"Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır"

29 Mart 2018 14:19

"Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır". Bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda çıxışında deyib.

Röya ilə əkizlər arasında nə baş verir? - QALMAQAL

29 Mart 2018 14:17

Müğənnilər Sevil və Sevinc Səfərovanın uzun müddət dost olduqları prodüser Tarix Əliyevlə (Tolik) küsülü olduğu ortaya çıxıb. Buna səbəb isə əməkdar artist Röya Ayxan olub. Tolikin Röyanı verilişə çağırmasına əkizlər əsəbiləşib.  Bu haqda Tolik "Hər şey daxil" verilişində deyib. O, müğənniləri qeyri-səmimilikdə ittiham edib: "Səmimilikdən danışırlar. Amma Röya Ayxana görə mənimlə münasibəti korlayıblar.

BNA 65 saylı marşrutda baş verən insdentə münasibət bildirdi

29 Mart 2018 14:13

Bu günlərdə 65 saylı marşrut xəttində hərəkət edən sərnişinlər arasında insdent yaşanıb. “OLAYLAR” xəbər verir ki, baş vermiş hadisəyə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mayis Ağayev də münasibət bildirib: “ 65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən insidentlə bağlı bildirmək istərdim ki, təəssüflər olsun cəmiyyətimizdə bu cür halla rastlaşırıq. Sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir. Bu birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir.

Başı kəsilsə də sağ qaldı

29 Mart 2018 14:13

Taillandda başının böyük bir hissəsi kəsilmiş toyuq on gündür ki, sağdı. Olaylar.az bildirir ki, ölkədə veteranlar belə durumun tez-tez təkrarlandığını bildirirlər. Başı kəsilib sağ qalan toyuğa baytarlıq klinikasında xüsusi qulluq olunur. Dilinin bir hissəsini hərəkət elətdirən toyuğa qidaları boğazı vaistəsilə verilir.

Azərbaycanlıların 1918-ci il soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

29 Mart 2018 14:11

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər həyata keçirilir. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri keçirilir.

Bakı məktəblisi beynəlxalq turnirdə

29 Mart 2018 14:09

Paytaxt məktəblisi Gürcüstanda cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məhəmməd Məmişov 30 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb.

Valverdedən Messinin zədəsi ilə bağlı açıqlama

29 Mart 2018 14:06

"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandanın zədəli futbolçuları Lionel Messi və Mark-Andre ter Stegenin son durumu ilə bağlı məlumat verib. O, bildirib ki, hər iki oyunçunun durumunun ciddi olub-olmadığı hələlik müəyyənləşməyib:  "Cümə axşamı onlar tibbi müayinədən keçəcəklər. Ondan sonra hər şey müəyyənləşəcək.

Çempionlar Liqası komandalara sərvət paylayacaq - İNANILMAZ RƏQƏMLƏR

29 Mart 2018 13:53

Qitənin ən nüfuzlu futbol turniri olan Çempionlar Liqasında gələn mövsümdən etibarən mükafatların miqdarı artacaq. Bu barədə İtaliyanın məşhur “La Gazzetta dello Sport” qəzeti məlumat yayıb. Xəbərə görə, UEFA statusunu dəyişdirdiyi turnirdə qruplara qalan komandalara 12,7 milyon avro yerinə 15 milyon avro verəcək.

Mənzillərə qənim kəsilənlər ələ keçiblər

29 Mart 2018 13:44

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, martın 28-də bu istiqamətdə keçirilmiş tədbirlərlə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətlərinin bir neçəsinin üstü açılıb.