Bakı məktəblisi beynəlxalq turnirdə

Paytaxt məktəblisi Gürcüstanda cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məhəmməd Məmişov 30 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb.

Paytaxt məktəblisi Gürcüstanda cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məhəmməd Məmişov 30 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb.

M. Məmişov medal, kubok və sertifikatla təltif olunub.

Qeyd edək ki, məktəbli 2010-cu ildən cüdo idman növü ilə məşğuldur. Bu müddət ərzində Məhəmməd Məmişov həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31