Xalq niyə və nəyə davam deyir?
Ölkə mühüm siyasi hadisə ərəfəsindədir. Söhbət aprelin 11-də keçiriləcək prezident seçkilərindən gedir. Artıq seçkilərin təbliğat-təşviqat mərhələsi prosesindəyik. Bir qayda olaraq ölkədə keçirilən bu və ya digər seçkilər ərəfəsində respondentlər arasında sosioloji sorğular keçirilir və seçkilərin favoriti müəyyənləşdirilir. Məhz bu kimi sorğular vasitəsilə seçkilərdə kimin qalib gələcəyi barədə ilkin rəy formalaşır.
29 Mart 2018 14:26 SiyasətSabitliyə, inkişafa
Ölkə mühüm siyasi hadisə ərəfəsindədir. Söhbət aprelin 11-də keçiriləcək prezident seçkilərindən gedir. Artıq seçkilərin təbliğat-təşviqat mərhələsi prosesindəyik. Bir qayda olaraq ölkədə keçirilən bu və ya digər seçkilər ərəfəsində respondentlər arasında sosioloji sorğular keçirilir və seçkilərin favoriti müəyyənləşdirilir. Məhz bu kimi sorğular vasitəsilə seçkilərdə kimin qalib gələcəyi barədə ilkin rəy formalaşır. Prezident seçkiləri ərəfəsində Azərbaycanda da yerli və beynəlxalq səviyyəli sosioloji sorğu mərkəzləri tərəfindən respondentlərin prezident seçkiləri ilə bağlı mövqeyi öyrənilir. Bu arada qeyd etmək yerinə düşər ki, belə sorğular zamanı daha çox beynəlxalq təşkilatların apardığı təhlil və gəldiyi nəticəyə daha çox inanılır. Çünki bir sıra hallarda daxildəki sosioloji sorğu mərkəzlərinin keçirdiyi bu kimi sorğuların o qədər də obyektiv olmadığı və ya həmin sorğuların daha çox onu keçirən sorğu mərkəzinin rəğbət bəslədiyi namizədə hesablandığı iddia edilir, onun nəticələrinə şübhə ilə yanaşılır. Ona görə də bu və ya digər ölkə seçki ərəfəsində əsasən beynəlxalq sosioloji sorğu mərkəzlərinin seçkiqabağı mühiti dıəyərləndirmək üçün respondentlər arasında rəy sorğusu keçirməsinə üstünıük verir. Azərbaycan dünyanın bir parçası olduğu və demokratik dəyərlərə sadiqlik nümayiş etdirdiyi üçün hər zaman seçkiöncəsi beynəlxalq mərkəzlərin ölkədə rəy sorğusu keçirməsinə şərait. Imkan yaradıb. Bu günlərdə belə bir rəy sorğusunun nəticələri açıqlanıb. Belə ki, Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı ABŞ-ın "AJF & Associates Inc." təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" tərəfindən birgə təşkil ediləcək "exit-poll" öncəsi keçirilmiş sosioloji sorğunun nəticələri açıqlanıb. Qeyd edək ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1500 nəfər respondent cəlb edilib. Sorğunun nəticələrindən bəlli olub ki, 11 aprel seçkilərində seçicilərin mütləq əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Həm keçirilən sorğunun nəticələri, həm də İlham Əliyevin təbliğat-təşviqat mərhələsində minlərlə vətənsaşın iştirak etməsi ortaya haqlı sual çıxarır. Azərbaycan cəmiyyətinin hansı səbəblərdən növbəti dəfə ölkənin sükanını İlham Əliyevə həvalə edir. Və növbəti 7 ildə yola nə üçün İlham Əliyevlə davam edir?
Birincisi, İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi 15 il ərzində verdiyi bütün vədlərə əməl edib. Hələ 2003-cü ildə ilk dəfə andiçmə mərasimi zamanı tezliklə, daha doğrusu prezidentlik müddətinin ilk 5 ilində ölkədə 600 min yeni iş yerinin açılacağı vədi hətta qarşıya qoyulan tarixdən belə tez reallaşdı. Nəticə etibarilə ölkədə məşğulluğun səvyyəsi artdı və işsizlik problemi tədricən aradan qalxdı. Təkcə paytax Bakıda deyil, eləcə də regionlarda açılan istehsal müəssisələrində açılan yüzlərlə yeni iş yerlərinin əhalinin kənddən şəhərə, o cümlədən ölkədən kənara axınının qarşısını aldı.
İkincisi, İlham Əliyev ölkədə davamlı sabitliyə nail oldu. Yaxın və uzaq qonşularımız daxili qarşıdurma, qeyri-sabit vəziyyətdən əziyyət çəkdiyi halda İlham Əliyevin yürütdüyü düzgün siyasət Azərbaycanı bu kimi təlatümlərdən kənarda qoydu. Bu gün də təəssüüf hissi ilə qeyd etmək lazımdır ki, əksəriyyət ölkələr, xüsusilə Yaxın Şərq regionuna daxil bir sıra dövlətlər daxili gərginlik içərisindədirilər. Düzdür, Yaxın Şərqdəki xaos, anarxiyanı bu illər ərzində Azərbaycana da gətirməyə cəhdlər edilib. Lakin həyata keçirilən uğurlu siyasət və ortaya qoyulan siyasi iradə bütün bu cəhdləri uğursuzluğa düçar edib. Bunun da kökündə əslində xalq-prezident birliyi dayanır.
Üçüncüsü, iqtisadi inkişaf. Azərbaycan son 15 ildə iqtisadi baxımından elə bir səviyyəyə çatıb ki, hətta bu göstəricisinə görə, bir sıra inkişaf etmiş ölkələri də geridə qoyub. Bir neçə il əvvəl dünyada baş verən iqtisadi, neft və maliyyə böhranı fonunda bunun əyani şahidinə çevrildik. Əksəriyyət ölkələr bu böhrandan ciddi şəkildə əziyyət çəksə də, lakin Azərbaycan qısa müddət ərzində özünü sığortalaya bildi. Bir sıra ölkələrdə böhranın təsirindən minlərlə iş yer bağlansa, əmək haqqı və pensiyaların məbləği aşağı salınsa, nəzərdə tutulan sosial layihələr dayandırılsa da, lakin Azərbayvanda bu kimi neqativ halların heç biri baş vermədi. Əksinə nəzərdə tutulan sosial layihələr və qarşıya qoyulan hədəflər tam mənada reallaşdırıldı. Paralel olaraq maaş və pensiyalarda da artım baş verdi. Elə bir müddət ərzində dövlət başçısının bütün katqoriyalardan olan vətəndaşların əmək haqqlarını artırması da bunun əyani sübutu idi.
Bütün bu sadalanan amillər bu gün Azərbaycanı uğurlu inkişaf yolu keçən sabitlik adasına çevirib. Və bu da heç şübhəsiz ki, ölkə vətəndaşları tərəfindən təqdir edilir, dəstəklənir. Elə bu səbəbdən də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti bu yolu İlham Əliyevlə davam etdirmək istəyir və ölkənin sabitliyinin, iqtisadi inkişafının, sosial rifah halının yaxşılaşdırılmasının davam etməsini arzulayır. Və belə bir əminlik yaradır ki, 11 aprel seçkilərində Azərbaycan vətəndaşları məhz İlham Əliyevə dəstək verərək Onun rəhbərliyi altında Azərbaycanın yeni-yenu uğurlar əldə etməsinə səs verəcəklər. Öz növbəsində Cənab İlham Əliyev də qarşıdakı 7 ildə uğurlu daxili və xarici siyasəti, həyata keçirdiyi məqsədyönüü islahatları ilə Azərbaycanı daha da inkişaf etdirəcək.
Süleyman