BNA 65 saylı marşrutda baş verən insdentə münasibət bildirdi

Bu günlərdə 65 saylı marşrut xəttində hərəkət edən sərnişinlər arasında insdent yaşanıb. “OLAYLAR” xəbər verir ki, baş vermiş hadisəyə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mayis Ağayev də münasibət bildirib: “ 65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən insidentlə bağlı bildirmək istərdim ki, təəssüflər olsun cəmiyyətimizdə bu cür halla rastlaşırıq. Sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir. Bu birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir.

Bu günlərdə 65 saylı marşrut xəttində hərəkət edən sərnişinlər arasında insdent yaşanıb. "OLAYLAR" xəbər verir ki, baş vermiş hadisəyə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mayis Ağayev də münasibət bildirib: " 65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən insidentlə bağlı bildirmək istərdim ki, təəssüflər olsun cəmiyyətimizdə bu cür halla rastlaşırıq. Sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir. Bu birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir. Heç bir hal kiməsə qarşı, xüsusən də qadına və yaşlı insana qarşı aqresiv hərəkətə səbəb ola bilməz. Əminəm ki, müvafiq qurumlar insanlara qarşı bu cür hərəkətə yol verən şəxsin əməlinə lazımi hüquqi qiymət verəcəkdir". Mayis Ağayev qeyd edib ki. Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etmələri ilə bağlı maarifləndirmə işləri aparır: "Bu çərçivədə foto və video materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilir. Bununla bağlı xüsusi kitabça da hazırlanıb. Apardığımız maarifləndirmə işləri, müvafiq qurumların tətbiq etdiyi inzibati cəza tədbirləri ilə yanaşı vacib olan daha bir təsirli vasitə də ictimai qınağın olmasıdır. Bu mənada bu cür halların sosial şəbəkələrdə paylaşılaraq ictimailəşdirilməsi təqdirə layiqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31