Gündəm
Sarayda bir ilk - “Rock Hits Show” konserti
Aprelin 14-də Heydər Əliyev Sarayında Bakıda ilk dəfə “Rock Hits Show” konserti keçiriləcək.
Prokurorluq Sabunçuda təmizlik işləri aparan qadının ölümü ilə bağlı məlumat yayıb
Martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “Kamaz” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəyib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Nazir müavini: İşsizlik səviyyəsi 5 faizdən aşağı enib
Bakıda əmək sahəsində beynəlxalq standartların və bərabərlik prinsplərinin təmin olunması məsələlərinin müzakirəsinə həsr olunmuş “Beynəlxalq Əmək Standartları və Bərabərlik” mövzusunda konfrans öz işinə başlayıb. İki gün davam edəcək konfransda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin nümayəndələri iştirak edir.
Fransada TERROR? - Sürücü avtomobili hərbçilərin üzərinə sürüb
Fransanın İzer departamentində sürücü avtomobili bir qrup hərbçinin üzərinə sürüb. Məlumata görə, hadisə kazarma yaxınlığında hərbçilərin səhər idmanı zamanı baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Sürücü hadisə yerindən uzaqlaşa bilib. Hazırda bu insidentin terror aktı olub-olmaması araşdırılır. Sürücünün axtarışları davam edir.
"Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır"
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti - son 100 il" adlı konfrans keçirilib.
Sabah MTN generallarına hökm oxunacaq
Sabiq MTN generallarına hökm oxunacaq tarix məlum olub. Təqsirləndirilən şəxslərə - ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizova hökm sabah elan ediləcək.
ABŞ-dan Ermənistana AĞIR ZƏRBƏ – Tramp imzaladı
ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən daha əvvəl bəyənilmiş Amerika büdcəsinin layihəsini imzalayıb. Ermənistan Gürcüstandan və Ukraynadan fərqli olaraq, maliyyə köməyi almayacaq. Gürcüstana ən azı 105 milyon 325 min, Ukraynaya isə 420 milyon 700 min dollar maliyyə köməyinin göstərilməsi nızərdə tutulur. Bu məbləğə Ukraynaya ayrılan 200 milyonluq hərbi yardım daxil deyil.
İran prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatıb. Məlumata görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İrandan Azərbaycana gələn turistlərin sayı 360 minə çatıb
"Son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb".
Seçki kampaniyasının aparıcı rəsmisi ilə işləyən QRU zabiti deşifrə edildi
ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının aparıcı rəsmisi 2016-cı ilin prezident seçkisi kampaniyasının son həftələrində biznes ortağı, Rusiyanın keçmiş kəşfiyyat zabitiylə tez-tez kommunikasiyaya girirmiş. Bunu bir neçə gün əvvəl açılmış məhkəmə sənədləri üzə çıxarıb.
ABŞ, İsrail, İran və... - Bu qərarlar III Dünya müharibəsini BAŞLADACAQ
“Üçüncü dünya müharibəsini teosiyasi düşüncəyə sahib insanlar çıxardacaq. Geosiyasət coğrafiyanın təsiri altında formalaşdığı halda, teosiyasət teoloji – din və inancların təsiri altında formalaşır”.
Rumıniyada atom elektrik stansiyasında QƏZA
Neftçalada Azərbaycan və İranın birgə avtomobil zavodunun açılışı olub
Bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib. Məlumata görə, prezident İlham Əliyev və prezident Həsən RuhaniNeftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıbar. Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.
Azərbaycanda işsizliyə görə sosial yardım alanların siyahısı genişləndirilir
Azərbaycanda işsiz qalmaya görə sosial yardım alanların siyahısı genişləndirilir. Məlumata görə, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 3-cü (Sosial yardım almaq hüququ olan ailələr) maddəsinə əlavələr müzakirə edilib.














