Milli Məclis soyqırıma görə yığışacaq

Martın 30-da Milli Məclisin Dünya Azərbyacnlılarının Soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclası keçiriləcək. Bu haqda Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Bildirib ki, iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi”dir. Xüsusi iclasda soyqırımı ilə bağlı qərar layihəsi qəbul ediləcək.

Martın 30-da Milli Məclisin Dünya Azərbyacnlılarının Soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclası keçiriləcək. Bu haqda Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Bildirib ki, iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, "1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi"dir. Xüsusi iclasda soyqırımı ilə bağlı qərar layihəsi qəbul ediləcək.
 Məlumata görə, həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək. Daha sonra isə müraciətin qəbulu məsələsinə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31