Rusiyalı tarixçi: "Törədilən qırğınlara hüquqi qiymət verilməlidir"

"1918-ci ildə Bakıda və Azərbaycanın digər regionlarında törədilən qırğınlara hüquqi qiymət verilməlidir". Bunu Bakıda "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti" mövzusunda beynəlxalq elmi konfransda rusiyalı tarixçi Oleq Kuznetsov deyib.

O.Kuznetsov vurğulayıb ki, 1918-ci ildə törədilən qırğınlar soyqırımıdır: "1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda törətdikləri qırğınlar xüsusi zorakılıqla həyata keçirilib".

Rusiyalı tarixçi vurğulayıb ki, Heydər Əliyevin 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan etməsi düzgün qərardır və hüquqi əsasa malikdir.

O.Kuznetsovun sözlərinə görə, azərbaycanlıların soyqırımını tanımaq rusiyalı siyasətçilərin borcudur. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31