Gündəm

Türkiyə qoşunlarını Afrindən çıxaracaq

10 Aprel 2018 11:54

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ türk qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağını vaxtı açıqlayıb. Məlumata görə, o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, "biz ora işğalçı kimi getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, orada qalmaq niyyətimiz yoxdur".

Müşfiq Ələsgərli bəzi məmurlara səsləndi: “Bəlkə səhvlərinizi anlayasınız”

10 Aprel 2018 11:50

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli son zamanlar bəzi məmurlar tərəfindən jurnalistlərə qarşı təzyiqlərdən narahat olduğunu bildirib. O, öz facebook hesabında həmin məmurları media nümayəndələrinə qarşı nəzakətli olmağa dəvət edib.

Netanyahu təhdid etdi: Birbaşa hədəfimiz olacaqlar

10 Aprel 2018 11:48

Qəzza bölgəsindəki fələstinlilər İsrailə zərər vurmağa çalışsalar, birbaşa hədəfimiz olacaqlar. Bu barədə İsrailin Nazirlər Kabinetindən açıqlama yayılıb.

Pakistan mətbuatı Azərbaycanda keçiriləcək seçkilərdən yazdı

10 Aprel 2018 11:46

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri Pakistanın nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

AŞPA və ATƏT PA-nın Estoniyadan olan üzvləri seçkiləri izləyəcək

10 Aprel 2018 11:45

Estoniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Marianne Mikko və Estoniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Yaanus Marrandi və Uno Kaskpeyt Azərbaycanda prezident seçkilərini müşahidə edəcəklər.

Professor Aygün Attar: “Xalqda bir seçki həyəcanı var”

10 Aprel 2018 11:44

Əlbəttə, Türkiyə ictimaiyyəti Azərbaycandakı seçkilərlə yaxından maraqlanır. Aydın məsələdir ki, Türkiyə və Azərbaycan “bir millət iki dövlət” prinsipini sözdə deyil, əməldə yaşadır. Ona görə də Azərbaycandakı seçkilərə Türkiyə laqeyd qala bilməz.

“Seçkiləri kifayət qədər beynəlxalq müşahidəçi izləyəcək”

10 Aprel 2018 11:42

"Aprelin 11-də keçiriləcək prezident seçkilərini kifayət qədər beynəlxalq müşahidəçi izləyəcək”.    Bu sözləri sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib.

Dünya erməniliyi Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir

10 Aprel 2018 11:40

ABŞ-ın ermənipərəst konqresmenləri Gürcüstanda erməni separatizminigücləndirmək yolundadır. ABŞ konqresmenləri üçün Gürcüstanın Cavaxetiya regionu ilə AzərbaycanınErmənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ eyni statuslugörünür.

Bundesliqada azarkeşlərdən qadın hakimə qarşı ŞOK HƏRƏKƏT

10 Aprel 2018 11:35

Almaniya Bundesliqasının 29-cu həftəsi çərçivəsində keçirilən “Borussiya Menhenqladbax” – “Herta Berlin” matçına qadın hakim Bibibana Ştenhaus damğa vurub. Almaniyanın tək professional qadın hakimi matçda VAR sisteminin köməkliyi ilə verdiyi qərarlardan dolayı azarkeşklərin qəzəbinə tuş gəlib.

Məzahir Pənahov İƏT nümayəndələri ilə görüşüb

10 Aprel 2018 11:31

İslam Əməkdaşlıq Təşkilatının siyasi məsələlər departamentinin direktoru Askar Mussinovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub. 

Səhiyyə Nazirliyi: "Həkimlərin sertifikasiyası ilə bağlı yeni qaydalar hazırlanır"

10 Aprel 2018 11:30

"Həkimlərin sertifikasiya prinsipləri dəyişdiriləcək". Bunu Tibbi turizm üzrə alman - Azərbaycan biznes forumunda  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov deyib. 

Azərbaycanda məktəbdə şagird öldürülüb? - ŞOK İDDİALAR

10 Aprel 2018 11:28

Bir neçə gün əvvəl Şəmkir rayonu, Çənlibel kəndindəki məktəbdə şagirdin ölümü ilə bağlı yeni iddialar səsləndirilib. Məktəbdə qəfil vəfat edən 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun yaxınları onun döyülərək öldürüldüyünü deyiblər.

Bozdağ: "Türkiyə Suriya torpaqlarını öz ərazisinə qatmağa hazırlaşmır"

10 Aprel 2018 11:25

Türkiyə Suriya torpaqlarını öz ərazisinə qatmağa hazırlaşmır. Məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib. B.Bozdağ bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada olması işğal anlamına gəlmir və təhlükəsizliyi təmin etməyə, terrorçuluqla mübarizəyə yönəlib: "Rəsmi Ankara anlayır ki, Suriyada mövcud olan bir sıra problemlər yalnız siyasi yolla həll olunmalıdır".