Məzahir Pənahov İƏT nümayəndələri ilə görüşüb

İslam Əməkdaşlıq Təşkilatının siyasi məsələlər departamentinin direktoru Askar Mussinovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub. 

İslam Əməkdaşlıq Təşkilatının siyasi məsələlər departamentinin direktoru Askar Mussinovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub. 

11 aprel prezident seçkilərini izləmək üçün ölkəmizə səfərə gəldiklərini qeyd edən Askar Mussinov müşahidə missiyasının tərkibi barədə məlumat verib. O, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinin tərəfdarı olduqlarını bildirərək müşahidə missiyasının nəticələrə dair obyektiv rəy bildirəcəyini diqqətə çatdırıb. 

Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. MSK sədri prezident seçkilərinin demokratik, azad və şəffaf keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, qonaqların suallarını cavablandırıb. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31