Dünya erməniliyi Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir

ABŞ-ın ermənipərəst konqresmenləri Gürcüstanda erməni separatizminigücləndirmək yolundadır. ABŞ konqresmenləri üçün Gürcüstanın Cavaxetiya regionu ilə AzərbaycanınErmənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ eyni statuslugörünür.

ABŞ-ın ermənipərəst konqresmenləri Gürcüstanda erməni separatizminigücləndirmək yolundadır. ABŞ konqresmenləri üçün Gürcüstanın Cavaxetiya regionu ilə AzərbaycanınErmənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ eyni statuslugörünür.

Qeyd edək ki, ABŞ konqresmenlərinin belə yanaşması yeni deyil. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Cavaxetiya mövzusunda verdiyi dəstək bəyanatlarının mahiyyətinikonqresmenlərin başa düşməməsi inandırıcı deyil.

İki məsələ diqqət çəkir:

ı. Gürcüstan ABŞ konqresmenləri arasında izahat işi aparmır.

ıı.  Erməni siyasətçilərininABŞ konqresmenlərindən Cavaxetiya ilə Dağlıq Qarabağı bərabərləşdirməsini tələbetməsi faktdır.Amma rəsmi Tbilisi bunu da görməzliyə vurur.

Gürcüstanın bu mövzuya diqqət verməməsi təəccüblüdür.  Gürcüstan ritorikada deyil, ciddi şəkildə ərazibütövlüyü prinsipini dəstəkləsə Azərbaycan da daxil olmaqla tərəfdaşlarınınsayı bu məsələdə artacaq.

"Cavaxetiya Gürcüstanın tərkib hissəsi olduğu kimi Dağlıq Qarabağ daAzərbaycanın tərkib hissəsidir. Cavaxetiyanı Gürcüstandan, Dağlıq Qarabağı isəAzərbaycandan ayırmaq mümkün deyil" təbliğat klişesindən istifadə etməkləABŞ-dakı erməni kokusunu və rəsmi Yerevanı çətin vəziyyətə sala bilər.

Ermənilərin ictimai şüurunda Dağlıq Qarabağı itirmək hissi getdikcəgüclənir

Dünya erməniliyi Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir.Ona görə də rəsmi Yerevan ABŞ konqresindəki erməni kokusuna Cavaxetiyanı DağlıqQarabağla eyniləşdirmək göstərişi verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31