AŞPA və ATƏT PA-nın Estoniyadan olan üzvləri seçkiləri izləyəcək

Estoniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Marianne Mikko və Estoniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Yaanus Marrandi və Uno Kaskpeyt Azərbaycanda prezident seçkilərini müşahidə edəcəklər.

Y.Marrandi estoniyalı jurnalistlərlə söhbətində deyib: "Azərbaycan İranla Rusiya arasında mürəkkəb geosiyasi məkanda yerləşir". Onun sözlərinə görə, son illər ölkənin beynəlxalq imici yüksəlib, Avropa İttifaqı ilə münasibətlər yaxşılaşıb. Y.Marrandi daha sonra deyib: "Son illər neftin qiymətlərinin hiss olunacaq dərəcədə düşməsi ölkəni iqtisadi islahatlar üçün yeni imkanlar axtarmağa vadar edib".

ATƏT seçkiləri 1990-cı ildən Kopenhagen sənədi əsasında müşahidə edir. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31