Gündəm
Zərdabda 11 km uzunluğunda avtomobil yolu yenidən qurulur
Zərdab rayonunda bu il 22.4 km uzunluğunda 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində artıq işlərə start verilib. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu yerli əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 21-ci km-dən ayrılan və 11 km uzunluğa malik Birinci Alıcanlı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 2 kəndin 2 minə yaxın əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Yolun 0-8 km hissəsi qara örtükdən, 9-11 kilometr hissəsi isə çınqıl örtükdən ibarətdir. Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu -Yorkda qeyd edilib
Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər. “OLAYLAR” xəbər verir ki, bayram tədbiri Nyu Yorkda fəaliyyət göstərən Azərbaycan Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. 200 nəfərdən çox soydaşımızın iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev,Bruklin şəhər merinin müavini xanım Lori Luis,Azərbaycandan olan yəhudi icmasının rəhbəri Yakov Abramov,icmanın fəalı Pinxas Avşalumov, “Mənim yolum” ("My way”) Uşaq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, “Bruklin-Bakı” Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rozental və başqaları olub.
VI Könüllülük Proqramına start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən VI Könüllülük Proqramı çərçivəsində 25 nəfər könüllü fəaliyyətə başlayıb. “OLAYLAR” xəbər verir ki, VI Könüllülük Proqramında iştirak etmək üçün 100-ə yaxın könüllü elektron ([email protected]) qaydada sənəd verib. Onlardan müvafiq meyarlar əsasında 54 nəfər müsahibəyə çağırılıb və 25 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 25 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrində fəaliyyətə başlayıb.
Tailandda ikimərtəbəli avtobus qəzaya uğradı - Çoxlu sayda yaralı və ölü var
Tailandda ikimərtəbəli avtobus qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində 6 myanmalı fəhlənin həlak olduğu bildirilib. Məlumata görə, daha 44 nəfər xəsarət alıb və onlardan 28-nin vəziyyəti ağır qiymətləndirilir. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyi Azərbaycanda orta həyat ömrünü açıqlayıb
Azərbaycanda orta həyat ömrü 75,2 ildir. Bu barədə Tibbi turizm üzrə Alman-Azərbaycan biznes forumunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov bildirib.
Səudiyyə Ərəbistanından Kann festivalı ilə bağlı gözlənilməz qərar
May ayında keçiriləcək 71-ci Kann kino festivalına ilk dəfə olaraq Səudiyyə Ərəbistanı da qatılacaq. Festivala qatılmaq qərarına gələn Səudiyyə Ərəbistanı bir neçə qısametrajlı filmlə müraciət edib.
Turistlərin Azərbaycandakı bank əməliyyatlarının həcmi açıqlandı - 190 milyon...
Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə cari ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb.
23 yaşlı gəlin iki uşağını öldürüb, intihara cəhd etdi - qeyri-adi səbəb
Türkiyədə dəhşətli cinayət hadisəsi törədilib. Qaziantepdə ərinin valideynləri ilə birlikdə yaşayan 23 yaşlı Özlem K. iki övladını bıçaqlayaraq öldürüb, sonra 2-ci mərtəbədən özünü ataraq intihara cəhd edib.
Moskvadan ABŞ-a sərt xəbərdarlıq: "Ciddi fəsadlar olacaq"
Moskva ABŞ-ın Suriyaya zərbələr vurmaq qərarı verəcəyi təqdirdə bunun ciddi nəticələrinin olacağına dair Vaşinqtona xəbərdarlıq edib.
Şamaxı dəfinəsində maraqlı tarixi faktlar
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinə Şamaxı şəhərində aşkarlanmış saxsı küpün içərisində olan dəfinə təhvil verilib. 21 ədəd tam, 860 qr. paslı və fraqmentşəkilli sikkələrdən ibarət olan dəfinə muzeyin Bərpa laboratoriyasına göndərilib. Təmizləndikdən sonra bu dirhəmlərin Şirvanşah Yəzid ibn Əhmədin (991-1027) hakimiyyəti dövründə zərb edildiyi müəyyən olunub.
Səudiyyə şahzadəsi indi də ölkəsinə operanı gətirir
Qərblə əlaqələrini inkişaf etdirmək istəyən Səudiyyə şahzadəsi Muhamməd bin Salman ölkə vətəndaşlarını opera ilə tanış etmək qərarına gəlib. Şahzadə bu dəfə ölkəsinə operanı gətirəcək.
Aygün Samiri makiyaj etdi – FOTO
3 ölkənin təmsilçisi BMT-nin konfransını tərk etdi - Suriya toplantısında GƏRGİNLİK
Birləşmiş Millətlər Təşkialtının Təhlükəsizlik Şurası Suriyanın Duma şəhərində yaşanan kimyəvi hücumu müzakirə etmək üçün Nyu-Yorkda iclas keçirib. Toplantıda ABŞ və Rusiya təmsilçiləri arasında sərt mübahisələr yaşanıb.
.jpg)













