Moskvadan ABŞ-a sərt xəbərdarlıq: "Ciddi fəsadlar olacaq"
Moskva ABŞ-ın Suriyaya zərbələr vurmaq qərarı verəcəyi təqdirdə bunun ciddi nəticələrinin olacağına dair Vaşinqtona xəbərdarlıq edib.
10 Aprel 2018 11:06 DünyaMoskva ABŞ-ın Suriyaya zərbələr vurmaq qərarı verəcəyi təqdirdə bunun ciddi nəticələrinin olacağına dair Vaşinqtona xəbərdarlıq edib. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. "Müvafiq kanallar vasitəsilə biz ABŞ-a bildirmişik ki, yalan bəhanələrlə Suriyaya qarşı hərbi güc ciddi nəticələrə səbəb ola bilər", - deyə rusiyalı diplomat bildirib.
Nebenziya vurğulayıb ki, Suriyanın Duma şəhərinə heç bir kimyəvi hücum olmayıb. Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31