Səudiyyə şahzadəsi indi də ölkəsinə operanı gətirir 

Qərblə əlaqələrini inkişaf etdirmək istəyən Səudiyyə şahzadəsi Muhamməd bin Salman  ölkə vətəndaşlarını opera ilə tanış etmək qərarına gəlib. Şahzadə bu dəfə ölkəsinə operanı gətirəcək.

Qərblə əlaqələrini inkişaf etdirmək istəyən Səudiyyə şahzadəsi Muhamməd bin Salman  ölkə vətəndaşlarını opera ilə tanış etmək qərarına gəlib.

Şahzadə bu dəfə ölkəsinə operanı gətirəcək.

Muhamməd bunun üçün  işlərə başlayıb. Belə ki, milli orkestr və opera tərkibi qurması üçün Fransa ilə razılığa gəlib. Fransa Mədəniyyət naziri Fransisko Nyessen bildirib ki, Səudiyyə Ərəbistanına milli orkestr və opera heyəti qurmaq üçün əllərindən gələni edəcəklər.

Qeyd edək ki, daha öncə də Səudiyyə şahzadəsi qadınların rəqs etməmə şərti ilə konsertə getməsi və ölkəsində kino mədəniyyətinin formalaşdırılması ilə bağlı mühüm qərarlar vermişdi. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31