Gündəm

Bu gün Azərbaycanda  "SÜKUT GÜNÜ" elan olundu

10 Aprel 2018 09:03

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində seçkiqabağı təşviqatın aparılması başa çatır və ölkədə “sükut günü” elan edilir. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

"Hər kəsin xəyalındakı sinəyə sahibəm" - FOTOLAR

10 Aprel 2018 09:01

Amerikalı model Lindsey Pelas ( Linsi Pelas ) "The Sun"a açıqlama verib. Ötən il mətbuata açıqlamasında sinəsini kiçiltməyi düşündüyünü söyləyən model bu il dediklərini təkzib edib. 10 kiloqramlıq sinəsinə görə bel ağrılarından əziyyət çəkən model sinəsini kiçiltmək istəmədiyini söyləyib.

“Batalyon” sənədli filmi nümayiş olundu

10 Aprel 2018 08:58

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbasın çəkdiyi “Batalyon” sənədli filmi nümayiş olunub. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır və Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi “Yaddaş” studiyası tərəfindən hazırlanıb.

İtaliyada zəlzələ

10 Aprel 2018 08:54

İtaliyanın mərkəzi bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yerli vaxtla saat 05:11-də qeydə alınan yeraltı təkanların episentri paytaxt Romadan 138 km şimalda, ocağı isə 9 km dərinlikdə yerləşib.

Murad da subaylığın daşını atır  - FOTO

10 Aprel 2018 08:21

Tanınmış aparıcı Murad Əzimzadə ailə həyatı qurmağa hazırlaşır. O, Müjgan adlı xanımla evlənəcək. Əzimzadənin toyu aprelin 16-sı paytaxtın dəbdəbəli şadlıq saraylarından birində keçiriləcək. Aparıcı məlumatı təsdiqləyərək bildirib:

Türkiyə qoşunlarını Afrindən çıxaracağı vaxtı açıqladı

10 Aprel 2018 08:18

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ türk qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağını vaxtı açıqlayıb. O, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, "biz ora işğalçı kimi getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, orada qalmaq niyyətimiz yoxdur". "Afrini terrorçulardan təmizlədik, indi də minalardan təmizlənmə işləri gedir", - deyə o əlavə edib.

Bakıda ilk dəfə Latın Amerikası Kinofestivalı keçiriləcək

10 Aprel 2018 08:15

Meksikanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə aprelin 16-dan 19-dək Bakıda ilk Latın Amerikası Kinofestivalı keçiriləcək. Festival çərçivəsində filmlər “Park Cinema” (“Flame Towers”) kinoteatrında, “Landmark” kompleksinin kino zallarında, həmçinin Azərbaycan Dillər Universitetinin binasında nümayiş etdiriləcək.

Bakıda təqribən 150-yə yaxın hündürmərtəbəli bina tikiləcək

10 Aprel 2018 08:13

"Bakı şəhərində təqribən 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur". Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. "Sosial məsələlərin həllinə gəldikdə, qeyd etməliyəm ki, birinci rübdə maaşlar və pensiyalar artırıldı. Bu məqsədlər üçün dövlət büdcəmizdən yüz milyonlarla manat vəsait ayrıldı. Bu addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı sosial istiqamətdə atdıq.

Rektor gənc alim və mütəxəssislərlə görüşdü

10 Aprel 2018 08:11

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş 200-ə yaxın gənc alim və mütəxəssislə görüşüb. Universitetin dünyanın bir sıra qabaqcıl elm, təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini, hər il ümumi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dən çox yerli və beynəlxalq proqram, qrantlarda iştirak etdiyini deyən rektor, doktorantları bu layihələrə qatılmağa çağırıb. Rektor artıq iki ildir ki, Azərbaycan alimlərinə Tomson Reyter Agentliyinin elmi bazasından istifadə imkanlarının yaradıldığını deyərək doktorantlara bu bazadan istifadə etməyi məsləhət görüb.

Lionel Messi BMT-nin səfiri oldu

10 Aprel 2018 08:09

"Barselona"nın ulduz futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) səfiri təyin olunub. Bunu təşkilatın baş katibi Zurab Pololikaşvili İspaniya La Liqasının XXXI turunda keçirilən "Barselona" - "Leqanes" (3:1) matçından sonra açıqlayıb.

Ailəvi nağıl-tamaşa nümayiş olunacaq

10 Aprel 2018 08:07

İyunun 3-də Bakıda ilk dəfə Heydər Əliyev Sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gunu müasibətilə uşaqlar üçün “Veçerinka u Monstrov” adlı ailəvi tamaşa-nağıl göstəriləcək.

Ağsuda Aprel şəhidlərinə həsr olunan tədbir

10 Aprel 2018 08:03

 Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində Aprel zəfərinin ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar Ağsu rayon Bico kəndində Aprel şəhidi Toğrul Fərəczadənin məzarını ziyarət ediblər. Şəhidin ailə üzvlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, Qarabağ və Böyük Vətən müharibəsu döyüşçülərinin, kənd sakinlərinin, yerli məktəblilər və müəllimlərin iştirakı ilə T.Fərəczadənin yaşadığı evin qarşısında toplantı keçirilib.

DƏHŞƏT: oğlunu 26 il qəfəsdə saxladı

10 Aprel 2018 08:00

Polis Yaponiyanın Xioqo prefekturasında psixi xəstə oğlunu 26 il qəfəsdə saxlayan kişini həbs edib. Bu haqda “The Japan Times” nəşri bildirib. Nəşrin məlumatına görə, ailənin 73 yaşlı başçısı oğlunu 16 yaşından qəfəsə salmağa başlayıb. İndi onun 42 yaşı var. Saxlanılan iddia edir ki, oğlu xəstəliyə görə son dərəcə təcavüzkar olurdu və buna görə də onu sərbəst qoymaq mümkün deyildi.