DƏHŞƏT: oğlunu 26 il qəfəsdə saxladı
Polis Yaponiyanın Xioqo prefekturasında psixi xəstə oğlunu 26 il qəfəsdə saxlayan kişini həbs edib. Bu haqda “The Japan Times” nəşri bildirib. Nəşrin məlumatına görə, ailənin 73 yaşlı başçısı oğlunu 16 yaşından qəfəsə salmağa başlayıb. İndi onun 42 yaşı var. Saxlanılan iddia edir ki, oğlu xəstəliyə görə son dərəcə təcavüzkar olurdu və buna görə də onu sərbəst qoymaq mümkün deyildi.
10 Aprel 2018 08:00 DünyaPolis Yaponiyanın Xioqo prefekturasında psixi xəstə oğlunu 26 il qəfəsdə saxlayan kişini həbs edib.
Bu haqda "The Japan Times" nəşri bildirib.
Nəşrin məlumatına görə, ailənin 73 yaşlı başçısı oğlunu 16 yaşından qəfəsə salmağa başlayıb. İndi onun 42 yaşı var. Saxlanılan iddia edir ki, oğlu xəstəliyə görə son dərəcə təcavüzkar olurdu və buna görə də onu sərbəst qoymaq mümkün deyildi.
Taxta qəfəsin hündürlüyü təxminən 1 metr, eni 90 santimetr və uzunluğu 1,8 metr idi. Qəfəsi evin yaxınlığında anbarda aşkar ediblər. Qəfəs kondisionerlə təchiz edilmişdi.
Nəşr qeyd edir ki, 42 yaşlı kişidə sağlamlıqla bağlı ciddi problemlər müşahidə olunmur. Publika.az