“Batalyon” sənədli filmi nümayiş olundu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbasın çəkdiyi “Batalyon” sənədli filmi nümayiş olunub. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır və Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi “Yaddaş” studiyası tərəfindən hazırlanıb.
10 Aprel 2018 08:58 Teatr və kinoAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbasın çəkdiyi "Batalyon" sənədli filmi nümayiş olunub. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır və Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi "Yaddaş" studiyası tərəfindən hazırlanıb.
Filmin çəkilişləri Ağdərə rayonun düşmən işğalından azad olunmuş ərazilərində aparılıb. ADMİU-nun professor, müəllim və tələbə heyətinin toplaşdığı filmin nümayişində, rejissor və ssenari müəllifi Nizami Abbas özü də iştirak edirdi. Müəllif hər bir azərbaycanlı üçün ağrılı bir mövzuya çox dəqiqliklə, həssaslıqla yanaşıldığını qeyd etdi. Bu da əlbəttə ki, Nizami Abbasın Qarabağ müharibəsi iştirakçısı olmasından irəli gəlir.
Film vətənpərvərlik hissini qışqıraraq, bağıraraq, pafosla deyil sadə, lakin çox təsirli şəkildə, səmimiyyəti ilə tamaşaçılara çatdırır. Rejissor və filmin müəllifi Nizami Abbas sanki o vaxtları bir daha yaşayaraq, qəhərdən danışa bilməsə də, "Kino və televiziya" fakültəsinin dekanı, dosent Mübariz Məmmədli, "Kino-televiziya sənətləri" kafedrasının müdiri professor Rafiq Quliyev çıxış edərək Nizami Abbasa belə bir filmə və gənclərimizdə vətənpərvərlik ruhunu artırmaq üçün bu filmin Universitetdə nümayişinə, canlı ünsüyyətə görə təşəkkürlərini bildirərək, bu görüşün son olmayacağını vurğuladılar.