Lionel Messi BMT-nin səfiri oldu
"Barselona"nın ulduz futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) səfiri təyin olunub. Bunu təşkilatın baş katibi Zurab Pololikaşvili İspaniya La Liqasının XXXI turunda keçirilən "Barselona" - "Leqanes" (3:1) matçından sonra açıqlayıb.
10 Aprel 2018 08:09 İdman"Barselona"nın ulduz futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) səfiri təyin olunub.
Bunu təşkilatın baş katibi Zurab Pololikaşvili İspaniya La Liqasının XXXI turunda keçirilən "Barselona" - "Leqanes" (3:1) matçından sonra açıqlayıb.
Argentinalı futbolçu yeni vəzifəsi haqqında da danışıb: "Səyahət mənə başqa mədəniyyətləri və cəmiyyətləri araşdırmağa kömək etdi. BMT-nin Ümumdünya Turizm Təşkilatı turizmin inkişafın bir mənbəyi olmasını istəyir. Bu işə qoşulduğum üçün çox şadam". (report)