Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilib
10 Aprel 2018 09:05 DünyaNyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilir. Görüşün mövzusu Suriyadakı vəziyyətdir.
Bundan əvvəl bir neçə internet portalı yaraqlılara istinadən Suriya ordusunun Duma şəhərində xlor bombasından istifadə etməsinə dair xəbərlər yayıb. Həmçinin bombardıman nəticəsində 25-70 nəfərin öldüyü bildirilib.
Eyni zamanda Dumadan olan həkimlər xəstəxanaya kimyəvi zəhərlənmə əlaməti ilə xəstələrin daxil olmadığını bəyan ediblər. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31