“Seçkiləri kifayət qədər beynəlxalq müşahidəçi izləyəcək”

"Aprelin 11-də keçiriləcək prezident seçkilərini kifayət qədər beynəlxalq müşahidəçi izləyəcək”.    Bu sözləri sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib.

"Aprelin 11-də keçiriləcək prezident seçkilərini kifayət qədər beynəlxalq müşahidəçi izləyəcək".    Bu sözləri sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib. O qeyd edib ki, seçkilərin demokratik keçirilməsi üçün lazım olan bütün addımlar atılıb: "Seçkiləri müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları da izləyəcək. Bu, Azərbaycan dövlətinin seçkilərə hazır olduğunu sübut edir. Bu həm də Azərbaycanda seçkilərə beynəlxalq marağın yüksək olduğunun göstəricisidir. Əminliklə bildirmək istəyirəm ki, cəmiyyətimizin seçkilərdə iştirakını məhdudlaşdıracaq heç bir nüans yoxdur. Seçicilər səs vermək üçün məntəqələrə getməli və səsvermə hüququndan yararlanmalıdırlar". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31