Gündəm

“Media seçkiləri işıqlandırmağa tam hazırdır” – Əflatun Amaşov

10 Aprel 2018 13:06

Azərbaycan mediası sabahkı prezident seçkilərini işıqlandırmağa tam hazırdır. Əminəm ki, sabah seçki məntəqələri açılan zaman Azərbaycan jurnalistləri üzərilərinə düşən vəzifələri yetirməyə çalışacaqlar.

Dünya mətbuatı Azərbaycanda keçiriləcək prezident seçkilərindən yazdı

10 Aprel 2018 13:04

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri dünya mətbuatının da diqqət mərkəzindədir.

Parklanma yerləri ləğv olunur?

10 Aprel 2018 12:57

"Parklanma yerləri ilə bağlı dezinformasiya yayılmaqdadır. Guya parkomatlar ləğv olunur və s... Belə deyil və ola da bilməz". Bunu yol-hərəkət məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

ABŞ xəritə hazırladı: Suriya yerlə-yeksan ediləcək - Şok

10 Aprel 2018 12:55

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Suriya rejiminə məxsus 22 mühüm hədəfin xəritəsini hazırlayıb. Hədəflərin arasında İranın dəstəklədiyi qüvvələrlə bərabər, rus əsgərlərinin də olduğu Xüms, Tartus bazaları da var. Məlumata görə, vurulması nəzərdə tutulan hərbi bazalarla bağlı Fransa, İngiltərə, ABŞ və İsrail birgə hərəkət edəcək. Suriyaya məxsus hərbi qərargahlar dəniz, hava və qurudan raketlə vurulacaq.

Saakaşvili gəlsə, yenə qovulacaq - KİV

10 Aprel 2018 12:53

Mixail Saakaşvili Ukraynaya seçkilərə qədər geri dönməyəcək. “Apostrof” saytı Saakaşvilinin Yeni Qüvvələr Hərəkatı Partiyasında quruma rəhbərlik edəcək heç bir liderin olmadığını yazıb.

Yuliya Skripal xəstəxanadan evə buraxılır

10 Aprel 2018 12:49

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın qızı Yuliya Skripal Böyük Britaniyanın Solsberi şəhərində zəhərləndikdən sonra, çox güman, xəstəxanadan evə buraxılır.

Azərbaycanda bir saatda 16 körpə doğulub

10 Aprel 2018 12:47

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb.

7 hərbçi həlak oldu

10 Aprel 2018 12:45

Suriyada 7 iranlı əsgər həlak olub. Olaylar.az bildirir ki, Suriyanın Homos şəhəri İsrailin T-4 hava bazasının hücumuna məruz qalıb. Həlak olanlar arasında bir polkovnikin də olduğu söylənilir. Həlak olan əsgərlər bu gün ölkələrində  dəfn olunacaq.

7 mərtəbəli yaşayış binasında PARTLAYIŞ – 20 ölü, 135 yaralı

10 Aprel 2018 12:43

Suriyanın İdlib şəhərinin mərkəzində yerləşən yaşayış binasında partlayış baş verib. Olaylar.az bildirir ki, partlayış zamanı 28 nəfər həlak olub.

Baş İdarədən yeni təyinat

10 Aprel 2018 12:42

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən şəbəkəyə daxil olan S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Allahverdiyeva Mirvari Mehdi qızı təyin olunub.

Qumar üstündə DƏHŞƏTLİ CİNAYƏT: Uşaqlıq dostunu sevgilisinin evində öldürdü

10 Aprel 2018 12:40

Quba rayonunda uşaqlıq dostunu qətlə yetirməkdə ittiham olunan Eşqin Rəsulov və ona bu qətli törətməkdə kömək edən Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İttihama görə, qətl hadisəsi ötən ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı Ramella Əlmuradovanın evinə çağırıb.

Diş həkimi xəstələrinə narkoz verib, onlara təcavüz etdi

10 Aprel 2018 12:39

Belçikada qəribə olay yaşanıb. Belçikada diş həkimi 3 xəstəsinə klinikada təcavüz edib. Xəstələrinə qarşı əxlaqsızlıq edən diş həkimi saxlanılıb. 

"Yoldaşı ölən vəzifə sahibləri mənimlə evlənmək istəyirlər" - VİDEO 

10 Aprel 2018 12:36

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı müğənni Mənzurə Musayeva olub.  Müğənni son zamanlar bəxtinin açılmağından söz açıb: "Son vaxtlar elçilərim çoxalıb. Bilmirəm nə məsələdir. Bəxtim açılıb.

"Rusiya mühüm rol oynayır" - Armen Sarkisyanın Qarabağ mövqeyi

10 Aprel 2018 12:33

Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm rol oynayır. Bunu Ermənistanın yeni prezidenti Armen Sarkisyan "TASS" agentliyinə müsahibəsində deyib. A.Sarkisyan vurğulayıb ki, 23 il əvvəl Dağlıq Qarabağda atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub. "Biz problemin sülh yolu ilə siyasi həllinin tapılmasında Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk. Aydındır ki, problemin həlli üçün siyasi iradə, sülhə və razılığa gəlmək lazımdır".