"Rusiya mühüm rol oynayır" - Armen Sarkisyanın Qarabağ mövqeyi

Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm rol oynayır. Bunu Ermənistanın yeni prezidenti Armen Sarkisyan "TASS" agentliyinə müsahibəsində deyib. A.Sarkisyan vurğulayıb ki, 23 il əvvəl Dağlıq Qarabağda atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub. "Biz problemin sülh yolu ilə siyasi həllinin tapılmasında Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk. Aydındır ki, problemin həlli üçün siyasi iradə, sülhə və razılığa gəlmək lazımdır".

Ermənistan prezidenti bildirib ki, son nəticədə bütün regional münaqişələr nizamlanmalıdır: "Onlar tamamilə həll olunandır. Tarix bundan da qəddar və faciəli münaqişələr yaşayıb"- o qeyd edib. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31