“Media seçkiləri işıqlandırmağa tam hazırdır” – Əflatun Amaşov

Azərbaycan mediası sabahkı prezident seçkilərini işıqlandırmağa tam hazırdır. Əminəm ki, sabah seçki məntəqələri açılan zaman Azərbaycan jurnalistləri üzərilərinə düşən vəzifələri yetirməyə çalışacaqlar.

Azərbaycan mediası sabahkı prezident seçkilərini işıqlandırmağa tam hazırdır. Əminəm ki, sabah seçki məntəqələri açılan zaman Azərbaycan jurnalistləri üzərilərinə düşən vəzifələri yetirməyə çalışacaqlar.

Seçkiləri kifayət qədər əhatəli işıqlandıracaqlar. Topladıqları materialları çalışdıqları Kütləvi İnformasiya Vasitələrində (KİV) yerləşdirəcəklər. Bundan əlavə, dünyanın tanınmış KİV-lərinin əməkdaşları da sabah Azərbaycanda keçiriləcək prezident seçkilərini işıqlandıracaqlar. Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Mətbuat Şurasının sədri birmənalı olaraq bildirib ki, jurnalistlər seçkilərin işıqlandırılması ilə bağlı heç bir problemlə qarşılaşmayacaqlar: "Amma hər ehtimala qarşı Azərbaycan Mətbuat Şurası əvvəlki illərdə olduğu kimi, bu dəfə də seçki günü "Qaynar xətt" təşkil edəcək. Harada olmağından asılı olmayaraq, hətta ən ucqar kənddə belə hansısa jurnalistə qarşı müəyyən anlaşılmazlıq olsa, jurnalistin məlumat toplamasında məhdudiyyət yaransa, onlar birbaşa olaraq "Qaynar xətt"ə müraciət edə bilərlər. Mətbuat Şurası həmin problemi yerindəcə həll etməyə çalışacaq". 

Əflatun Amaşov deyib ki, seçki günü Mətbuat Şurasının İdarə Heyətinin üzvləri dairələrdə və məntəqələrdə jurnalistlərə yaradılmış şəraitlə yaxından tanış olacaq. 

"Mətbuat Şurası eyni zamanda Azərbaycan mediasında seçkilərin işıqlandırılması ilə bağlı monitorinq keçirir. Bu monitorinqə 7 televiziya, 15 qəzet, 10 informasiya agentliyi və xəbər portalları daxildir. Həmin KİV-lərdə seçkilərə nə qədər yer verildiyi, prezidentliyə namizədlərə və onların tərəfdarlarına necə yanaşıldığı araşdırılır. Yəqin ki, seçkidən 1 gün sonra Mətbuat Şurası həmin monitorinqin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31