Gündəm
AFFA və AMF Anlaşma Memorandumu imzaladı
AFFA ilə Azərbaycan Mini-Futbol Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə Azərbaycan Mini-Futbol Federasiyası (AMF) arasında qarşılıqlı əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.
"Qarabağ"ın futbolçusu boşanır
"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak həyat yoldaşı Edita Jazakdan boşanır.Bu barədə Polşa mətbuatı məlumat yayıb.
Brüssellyoz nadir hallarda bir insandan digərinə keçir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi süd məhsullarında brusellyoz xəstəliyi ilə bağlı araşdırma məqalə hazırlayıb. Məqalədə qeyd olunur ki, süd və süd məhsullarında bir sıra zərərverici və xəstəliktörədən bakteriyalar qrupuna aid olan Acinetobacter spp., Pseudomonas spp., Clostridium spp., Bacillus spp., Brucella spp., Staphylococcus spp., Mycobacterium paratuberculosis (heyvanda vərəm törədən bakteriya) və E. coli geniş yayılıb.
ABŞ-Çin ticarət müharibəsi pik nöqtəsinə doğru gedir
Dünya bazarı uğrunda mübarizə inkişaf etmiş ölkələrin narahatçılığını pozub.Sağlam rəqabət mühitini arxa plana keçirən güc mərkəzləri faktiki ticarət müharibəsinə start veriblər. Belə ki, dünya bazarına ən çox məhsul çıxaran ABŞ-la Çin bir-birlərindən idxal etdiyi mallara qarşı yüksək tariflər tətbiq etməklə faktiki olaraq ticarət müharibəsi elan ediblər.
Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir
Azərbaycanın dinamik inkişafı onun regionda və beynəlxalq aləmdəki rolunu, mövqelərini daha da möhkəmləndirir. Artıq dünya dövlətləri regionda güclü bir Azərbaycan dövlətinin mövcudluğu faktorunu, reallığını qəbul edir, hətta bir çox məsələlərdə onunla hesablaşmalı belə olurlar. Eyni zamanda yerləşdiyimiz coğrafiyada Azərbaycanla əməkdaşlığa xüsusi önəm verilir, diqqət ayrılır.
Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinin mərkəzi oxundan 420 m məsafədə ictimai binaların tikintisi qadağan edilib
Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərinin mərkəzi oxundan 420 m məsafədə xəstəxanaların, məktəblərin, üç mərtəbədən hündür yaşayış evlərinin, sənaye və kənd təsərrüfatı təyinatlı binaların və hər hansı ictimai-kütləvi obyektlərin (ictimai risk meyarları nəzərə alınmaqla) tikintisi qadağan edilib. Məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nda əksini tapıb.
Ərdoğan: "Şərqi Quta və Dumada qətliam törədənlər cəzalarını alacaqlar"
"Şərqi Quta və Dumada kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyirəm". Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.
Ekspert: “Dollara tələbin artması milli valyutanın kursunun azalmasına səbəb olub”
Azərbaycanda son 3 ayda dollara tələbin artması müşahidə edilir. Rəsmi statisikaya əsasən, bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb. Bu isə Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub. Fondun açıqlamasına görə, 3 ayı ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 %, yaxud 516.8 milyon ABŞ dolları çoxdur.
Nardaranda əməliyyat - Xeyli sayda silah-sursat aşkarlandı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.
Ərə getməyin namuslu forması: Eşq, yoxsa bəkarət?..
Yenə üzümdə makiyajdan maska, əynimdə illərlə dolabımda gizlədəcəyim təmtəraqlı libas xalqımın ən qəribə adətlərindən birini yaşatmaq üçün şadlıq sarayına gəlmişəm. Hələ məclis başlamayıb, başımın müxtəlif nöqtələrində gizlətdiyim ehtiyat gözlərimlə ətrafdakıları süzürəm. Fikrim bəlkə də sadəcə bu toy üçün saçına qara rəng qoyub, özünə əl gəzdirən ağbirçəyə sataşır.
FETÖ rəhbərliyində təmsil olunan 3 nəfər Türkiyəyə gətirildi
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Afrika ölkəsi olan Qabonda keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbərliyində təmsil olunan 3 nəfər tutularaq Ankaraya gətirilib. Əməliyyat nəticəsində həbs olunan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal Qabonun paytaxtı Librevil şəhərindən özəl təyyarə ilə Türkiyəyə gətiriliblər və hüquq-mühafizə orqanlarına təhvil veriliblər.
Rusiya MƏHV EDİLƏCƏK, nüvə silahının tətbiqi isə... – DƏHŞƏTLİ PROQNOZLAR
“Rusiyada dövlət artıq məhv edilib. Ehtimal ki, bütün ölkə məhv ediləcək, bu və ya digər formada”. Bunu Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya maliyyəçisi və bloger Slava Rabinoviç bildirib. “Prezidenti Vladimir Putin ölkəni faciəyə aparır. Ona görə ki, hakimiyyətin dinc yolla ötürülməsi qeyri-mümkün olur. Bu, ölkə üçün fövqəladə dərəcədə təhlükəlidir. İnqilab vətəndaş cəmiyyətinin yetişdirilməsini gözləmədən də baş verə bilər”, - o deyib.
Dünyanın ən yaşlı kişisi bu ölkədə yaşayır
Yaponiyalı Masadzo Nonaka dünyanın ən yaşlı kişisi hesab olunub. Məlumata görə, yaşı 112 il 259 gün olan M.Nonakanın adı Ginnesin rekordlar kitabına salınıb. 25 iyul 1905-ci ildə doğulan şəxs Yaponiyanın Hokkaydo adasında 7 qardaş və bacısı, eləcə də 5 övladı ilə yaşayır. M.Nonaka Ginnes nümayəndələrinə televizora baxmaq və qəzet oxumaqla vaxt keçirdiyini, tort və konfet yeməyi sevdiyini deyib.
Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək
2018-ci ildə Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək. Bunu səhiyyə turizmi mövzusuna həsr olunan Azərbaycan-Almaniya biznes-forumunda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.
3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimin işi ilə bağlı şikayət verildi
3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsindəki hökmdən prokuror tərəfindən protest verilib. İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.














