Ərdoğan: "Şərqi Quta və Dumada qətliam törədənlər cəzalarını alacaqlar"
"Şərqi Quta və Dumada kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyirəm". Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.
10 Aprel 2018 13:34 Dünya"Şərqi Quta və Dumada kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyirəm". Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.
O bildirib ki, kimyəvi hücum nəticəsində qətliam törədənlər kim olursa olsun, ağır şəkildə cəzalandırılacaq: "Bu istiqamətdə görüşlər və işləri davam etdiririk. Dünən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdıq. Bu təmaslar bu gün və sabah davam edəcək". Apa.az NTV-yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31