Gündəm
Uşaqlığını küçələrdə dilənərək keçirən- Hüseyn Özer
ATV-dən qovulan aparıcı Turan İbrahimov ölkəni tərk edib?
Tanınmış aparıcı Turan İbrahimovun yeni görüntüləri yayılıb. Bir müddət öncə ATV-dən qovulan qalmaqallı aparıcı Turan İbrahimovun sosial şəbəkədə yeni fotosu yayılıb. Aparıcı Rusiyanın Moskva şəhərinə gedib.
Açıq-saçıq fotoları yayılan aktrisa: “Kişilər yazır ki, çox seksisən”
Cazibədar aktrisa Gülşən Hüseynli şəxsi həyatı ilə bağlı açıqlamalar verib. Əkscinsin nümayəndələri tərəfindən sevgi təklifləri aldığını deyən aktrisa onların çoxunu cavabsız qoyduğunu bildirib: "Sosial şəbəkələrdə fotomu paylaşmağımı gözləyirlər, o saat başlayırlar komplimentlərə. Hələ o şəkil biraz açıq-saçıq olsa, lap dəli olurlar. Kişilər yazır ki, çox cazibədarsan, çox seksisən, gözəl ayaqların var, baxışların adamı yoldan çıxarır. Mənimlə sevgili olmaq istəyirlər. Onlara elə gəlir ki, pulludurlarsa, deməli, məni əldə edə biləcəklər. Heç də belə deyil. Oğlan gərək mənim ürəyimə yata ki, onunla sevgili olum. Seçdiyim kişi mütləq diqqətli, mehriban, alicənab olmalıdır".
Natavandan Xatuna cavab: "Onlara pul ödəyirəm"
Müğənni Natavan Həbibi həmkarı Xatun Əliyevanın onun ünvanına dediyi “anakonda” sözünə münasibət bildirib. Məlumata görə, sənətçi bununla bağlı sualları cavablandırmayacağını deyib. Natavan Xatunu ələ salıb və bildirib ki, bu cür söz-söhbətlər onu gündəmdə saxlayır: “Lal deyiləm ki, istəsəm danışardım. Deyirlər, Natavan özündən razıdır, "mən-mən" deyir.
Azərbaycanlı seçici “Ginnesin Rekordlar Kitabı”na düşə bilər
Çərşənbə günü, bir neçə nüfuzlu dünya KİV Yaponiya vətəndaşı Masadzo Nonakanı (112 yaş 259 gün) dünyanın ən yaşlı kişisi kimi tanınması barədə məqalə yazıb. Bu barədə "Ginnesin Rekordlar Kitabı”nın rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, respublika ərazisində 1900-cü il təvəllüdlü kişi yaşayır. "Ölkə ərazisində ən yaşlı kişi seçici 118 yaşlı Qurbanov Səftər Həsən oğlu - Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək”, - deyə məlumatda bildirilir. Səftər Qurbanov dünyanın ən yaşlı kişisi kimi tanınan Masadzo Nonakadan yaşlıdır.
Goranboyda AĞIR QƏZA : 2 ölü, 3 yaralı
Amerika raketləri Rusiya bazasına yaxınlaşdı
“Tomaqavk” qanadlı raketlərlə, həmçinin raket əleyhinə müdafiə sistemi ilə təchiz edilmiş “Donald Kuk” Amerika esminesi Suriyanın Tartus bazasının 100 kilometrliyinə qədər yaxınlaşıb. Esmines uçuş məsafəsi 1600 kilometrə çatan 56 qanadlı raket və “Standart-2” hava hücumundan müdafiə sistemi ilə təchiz edilib.
Dağlıq Qarabağa qanunsuz səfər etmiş yəmənli bloqerin adı öz xahişi əsasında “qara siyahı”ya salınmayıb
Yəmən vətəndaşı, bloqer Nada Ahmed Ali Al-Nahdi məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş edib.
Washington Times: "Əsas beynəlxalq oyunçuların Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmasının vaxtı çatıb"
Əsas beynəlxalq oyunçuların, xüsusilə ABŞ və Avropa İttifaqının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi prosesini təmin etməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmasının vaxtı çatıb.
Şamaxıda qoyun oğruları saxlanıblar
Aprelin 9-da Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən Mədrəsə qəsəbə sakini Əhliman Bayramov bir gün əvvəl axşam saatlarında həyətinə girmiş naməlum 2 nəfərin oradan 2 baş qoyun apardığını bildirib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Qadın çantalarından pul oğurlayan ələ keçib
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Kərimova rayon ərazisindəki ticarət mərkəzlərindən birində işlədiyi mağazadan çantasından içərisində 750 manatı olan pulqabısının oğurlandığını bildirib.
İnsanları xurafata çəkmək meyilləri
Hər nə qədər dini sahədə maarifləndirmə tədbirləri həyata keçirilsə, bu istiqamətdə müvafiq dövlət qurumları tərəfindən məqsədyönlü addımlar atılsa da, lakin hələ də bir qrup insanları xurafatdan, dindən uzaq olan hərəkətlərdən yayındırmaq o qədər də asan olmur. Günümüzdə sosial şəbəkələrin geniş yayılması isə xurafatın bir qədər də ayaq açmasına şərait yaradıb.
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, aprelin 9-da bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, həmçinin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Paytaxtda narkotacir yaxalanıb
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.
Xızıda qardaşını öldürən şəxs: "Torpaq üstündə güllələdim"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.











.jpg)


