Natavandan Xatuna cavab: "Onlara pul ödəyirəm"

Müğənni Natavan Həbibi həmkarı Xatun Əliyevanın onun ünvanına dediyi “anakonda” sözünə münasibət bildirib. Məlumata görə, sənətçi bununla bağlı sualları cavablandırmayacağını deyib. Natavan Xatunu ələ salıb və bildirib ki, bu cür söz-söhbətlər onu gündəmdə saxlayır: “Lal deyiləm ki, istəsəm danışardım. Deyirlər, Natavan özündən razıdır, "mən-mən" deyir.

Müğənni Natavan Həbibi həmkarı Xatun Əliyevanın onun ünvanına dediyi "anakonda" sözünə münasibət bildirib. Məlumata görə, sənətçi bununla bağlı sualları cavablandırmayacağını deyib. Natavan Xatunu ələ salıb və bildirib ki, bu cür söz-söhbətlər onu gündəmdə saxlayır: "Lal deyiləm ki, istəsəm danışardım. Deyirlər, Natavan özündən razıdır, "mən-mən" deyir. Fərqimiz elə budur ki, mən özümdən, onlar da məndən danışırlar. Nə qədər istəyirlər danışsınlar. Mənim gündəmimi illərdir saxlayanlar var. Heç nə etmirəm, görürsüz ki, onlar edirlər. İşləyirəm, amma mənə kömək edirlər. Onlara pul ödəyirəm. Hamısına ayda bir dəfə kanvert gedir ki, çıxıb haqqımda danışsınlar (gülür). Hamısına icazə verirəm danışmağa".

Qeyd edək ki, Xatun "ATV maqazin onlarla" verilişində Natavanı "anakonda" adlandırmışdı. Sənətçi bildirmişdi ki, Natavanla bir vaxtlar yaxın olublar, amma sonra araları dəyib. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31