Brüssellyoz nadir hallarda bir insandan digərinə keçir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi süd məhsullarında brusellyoz xəstəliyi ilə bağlı araşdırma məqalə hazırlayıb. Məqalədə qeyd olunur ki, süd və süd məhsullarında bir sıra zərərverici və xəstəliktörədən bakteriyalar qrupuna aid olan Acinetobacter spp., Pseudomonas spp., Clostridium spp., Bacillus spp., Brucella spp., Staphylococcus spp., Mycobacterium paratuberculosis (heyvanda vərəm törədən bakteriya) və E. coli geniş yayılıb.
10 Aprel 2018 13:47 SosialDərmanla bu xəstəliyi tam aradan qaldırmaq mümkün deyil
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi süd məhsullarında brusellyoz xəstəliyi ilə bağlı araşdırma məqalə hazırlayıb. Məqalədə qeyd olunur ki, süd və süd məhsullarında bir sıra zərərverici və xəstəliktörədən bakteriyalar qrupuna aid olan Acinetobacter spp., Pseudomonas spp., Clostridium spp., Bacillus spp., Brucella spp., Staphylococcus spp., Mycobacterium paratuberculosis (heyvanda vərəm törədən bakteriya) və E. coli geniş yayılıb.
Qeyd edilən bakteriyaların əksəriyyəti insanlarda xəstəliktörətməklə yanaşı, süd və süd məhsullarına öz toksinlərini sintez etmək qabiliyyətinə maikdirlər. Toksinin az dozası uşaqlar üçün çox təhlükəlidir, hətta onlarda ölümə də səbəb ola bilər. Qida təhlükəsizliyi baxımından bu cür mikrob çirklənməsinə həssas məhsullar ciddi şəkildə texnoloji emal prosesindən keçirilməli və həmin qidaların təhlükəsizlik göstəriciləri daim yoxlanılmalıdır. Süd və süd məhsulları zülal və bir sıra vacib elementlər ilə zəngin olduğundan daim bakteriyal çirklənməyə məruz qalırlar, çünki bu qidalı mühit mikroorqanizimlərin inkişafı üçün çox əlverişlidir. Qeyd edilən mikrorqanizmlər içində insan sağlamlığına vurduğu zərər baxımından ən təhlükəlisi Brucella spp.-dır. Brucella spp., adətən, xəstə heyvandan südə keçir və süd düzgün emal prosesindən keçmədikdə, insanı yoluxduraraq ciddi sağlamlıq problemləri yaradır. Maraqlıdır, brüssellyoz xəstəliyi yalnız süd və süd məhsulları ilə yoluxur? Bu xəstəlikdən yayınmaq üçün hansı profilaktik tədbirlərin görülməsinə ehtiyac var?
Əvvala xatırladaq ki, brüssellyoz Brucella cinsindən olan bakteriya qrupunun yaratdığı bir xəstəlikdir. Bu bakteriyalar həm insanlara, həm də heyvanlara yoluxur. Çiy ət və pasterizə olunmamış südlü qidaları yeyərkən brüsellyoz yoluxa bilər. Bu xəstəliyin bakteriyalarını həm də hava və ya açıq yara ilə təmas zamanı da yoluxma ehtimalı yükskdir. Belə ki, heyvanlarla və çiy ətlə işləyən (məsələn, qəssab) insanlar brüssellyoza tutulmaq riskinə ən çox malik olan insanlardır. Sözügedən xəstəliyin müalicəsində əsasən antibiotiklərdən istifadə olunur. Buna baxmayaraq, bəzi insanlar illər ərzində bu xəstəliyə dəfələrlə yoluxa bilər. Çünki, müalicə məqsədilə istifadə edilən dərmanlar xəstəliyi tamamilə aradan qaldırmaq gücünı malik deyil. Brüssellyoza yoluxma riskini azaltmaq üçün çiy ət və pasterizasiya olunmamış süd məhsullarından uzaq durmaq lazım gəlir. Unutmaq olmaz ki, heyvan və ya heyvan toxumaları ilə işləyərkən qoruyucu paltar geyinmək mütləqdir.
Məlumat üçün qeyd edək ki, müxtəlif növ keçilər, mal-qara və itlər də daxil olmaqla heyvanlar brüssellyoz daşıyıcısı ola bilər. İnsanlar isə xəstəliyə yoluxmuş heyvanlardan yoluxa bilər. Bakteriyaların həzm sistemi (yemək), inhalyasiya (nəfəs alma) və ya açıq yara ilə təmas ilə keçməsi mümkündür. Odur ki, heyvanların əhatəsində çox vaxt keçirirmək brüssellyoza tutulma ehtimalınız yüksəldir. Risk, heyvan sidiyi, qan və toxuma ilə təmasda olan insanlar üçün xüsusilə yüksəkdir. Heyvan plasentası da Brucella bakteriyalarına yoluxmuş ola bilər. Bu halda, heyvanın doğum etməsinə kömək bakteriyaya məruz qalmağa səbəb ola bilər. Ancaq o da faktdır ki, bruselloz nadir hallarda ev heyvanlarından insana keçir. Buna baxmayaraq, çiy heyvan məhsullarını yeyən və ya içən insanlar da həmçinin brüssellyoz riski altındadır. Pasterizə olunmamış süd və süd məhsulları, həmçinin çiy ət, Brucella bakteriyalarının daşıyıcısıdır. Asiya, Afrika və Avropanın bir çox yerləri daxil olmaqla xəstəliyin yayıldığı bölgələrdə çiy ət və süd məhsulları yedikdə brüssellyoz tutma şansı artır.
Elmi əsaslarla sübut olunub ki, brüssellyoz nadir hallarda bir insandan digərinə keçir. Eyni zamanda, ana südü ilə ya da cinsi əlaqə ilə yoluxma da mümkündür. İnfeksiya qan və toxuma ilə təmas olmadan nadir hallarda olur. İnsanlarda brüssellyozun simptomları qripə bənzər keçir. Simptomlara aşağıdakılar daxildir: iştaha itkisi; kürək, bel ağrısı; titrəmə; baş ağrıları; qarında ağrı; oynaqlarda ağrı; çəki itirmək. Bu xəstəliyin Letargiya adlanan sinptomu da var ki, bu zaman insan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunur.
Brüssellyoz xəstəliyinin diaqnoz əsasən testlə aparılır. Qeyri-müəyyənləşdirilmiş qripə bənzər simptomlar varsa, həkim bəzi brüssellyoz testləri edə bilər.Testə qan və sidiyin, sümük iliyi əkilməsi, serebrospinal maye testi, brusellozə qarşı anticisim testi daxil ola bilir. Odur ki, qrip kimi simptomlar varsa və brüssellyozdan şüphə yaranıbsa, mütləq heyvanlarla təmasda olmaq barədə həkimə məlumat verilməlidir. Heyvanlarla təmas aylar əvvəl olsa belə brüsselloz olmq mümkündür. Çünki, bu xəstəliyə yoluxduqda, simptomların görünməsi bir həftədən iki aya qədər çəkir. Yuxarıda qeyd edildiyi kimi brüssellyoz adətən antibiotiklərlə müalicə olunur. Bundan başqa həkim həm rifampin, həm də doksisiklin təyin edə bilər. Ən azı altı həftə bu dərmanlar qəbul edilməlidir. Çünki, bəzi hallarda bakteriyalar müalicəyə baxmayaraq qala bilir. Yaddan çıxarmaq olmaz ki, müalicə uğursuz olarsa, brüssellyoz komplikasiyaya səbəb ola bilər ki, bura ensefalit (beyin iltihabı), sümük və oynaqlarda şəkildəyişmələr, endokardit (ürəyin daxili astarına yoluxma), menengit (beyniniz ətrafında olan membranların iltihabı) daxildir. Bu ağırlaşmalardan bəziləri ölümcül ola bilər ki, xoşbəxtlikdən, brüsselyozdan ölüm nadir hallarda olur. Brüssellyoz üçün ölüm faizi yüzdə 2 qədər aşağıdır. Brüssellyoz xəstəliyi olan insanların əksəriyyətində, xüsusilə də komplikasiyaları olmadıqda tamamilə sağalma gözlənilir.
Xatırladaq ki, brüssellyozun qarşısı profilaktik tədbirlərlə alına bilər. Odutr ki, xəstəlik şansını azaltmaq üçün aşağıdakılar məsləhət görülür: Çiy ət və ya pasterizə edilməmiş süd məhsullarından çəkinin. Heyvan və ya heyvan toxumalarıyla işləyərkən əlcək və qoruyucu eynək istifadə edin. Heyvan qanı ilə təmasda olduqda dərinizdə hər hansı açıq yara varsa üzərini bağlayın. Heyvanların doğum etməsinə kömək edərkən qoruyucu geyim və əlcək istifadə edin. Onu da qeyd edək ki, heyvanlar üçün brüssellyoz peyvəndi vardır. Ev heyvanları ilə işləyərkən, onlara brüssellyoz vaksini edilməlidir. əəssüf ki, insanlar üçün belə bir peyvənd yoxdur. Odur ki, özünü qorumaq üçün digər addımlar atmaq vacibdir.
Zəka