Rövşən Rzayev: “Hərbçilərimiz arasında ruh yüksəkliyi vardır"
10 Aprel 2018 13:04 Siyasət"Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı düzgün olaraq qeyd etdi ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır və tanımayacaq". Bunu millət vəkili Rövşən Rzayev deyib.
Deputatın sözlərinə görə, Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında son dövrlərdə kifayət qədər uğurlu bir vaxt keçib: "Azərbaycanın həm əsgəri, həm zabiti, həm də yüksək təbəqə zabitləri kifayət qədər hərbi sistemi mənimsəyə biliblər. Azərbaycan hərbçiləri arasında ruh yüksəkliyi vardır. Azərbaycanın silah və sursatı bugünkü dövrə uyğun ən müasir silahla təchiz olunub. Ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi böyük uğurlara imza atıb. Məhz bu faktorlar onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin apardığı təlimlər və bundan sonra da aparacağı genişmiqyaslı təlimlər düşməni düşünməyə məcbur edir. Bu həm danışıqlar prosesində bizim üçün çox vacibdir, həm də Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla təmin edilməsi üçün ən vacib addımlardır. Azərbaycan xalqı öz liderinin, özünün Ali Baş Komandanının ətrafında sıx birləşib". Sia.az