Gündəm

Azərbaycanda 3 ayda 7 ana doğuş zamanı ölüb: 1 nəfər həbs edilib

19 Aprel 2018 14:56

2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü baş verib.

Torpağımızdan niyə səmərəli istifadə edə bilmirik?

19 Aprel 2018 14:53

Torpaq ehtiyatları bütün ölkələrin inkişafı üçün onun varlığının və potensial imkanlarının əsas elementlərindən biri kimi hər bir sərvətin ilk mənbəyidir. Məhz bu səbəbdən tarix boyu torpağa sahib olmaq üçün həm ölkə daxilində ayrı-ayrı şəxslər və inzibati ərazi bölgələri arasında, həm də dövlətlər arasında həmişə mübarizə gedib.

Qırğızıstan hökuməti istefaya göndərildi

19 Aprel 2018 14:49

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov respublikanın Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanı yeni-yeni uğurlar gözləyir

19 Aprel 2018 14:44

Azərbaycan bu günlərdə mühüm bir siyasi məhələni arxada qoydu. Ölkə vətəndaşları aprelin 11-də azad və demokratik şəkildə seçimlərini edərək növbəti 7 il müddətinə öz prezidentini seçdilər. Hələ seçkilərə rəsmi start verilmədən, eləcə də seçki mərhələsi dövründə ehtimal olunurdu və qəti şəkildə əminlik vardı ki, bu dəfəki seçkilərin də qalibi məhz Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev olacaq. Və ehtimallar, gözləntilər də özünü doğrultdu. Aprelin 11-də seçki mənətəqlərinə üz tutan Azərbaycan seçicilərinin 86 faizdən çoxu İlham Əliyevə səs verərək onu növbəti dəfə dövlət başçısı seçdilər. Bununla da xalq 15 il əvvəl başlanan inkişafa, təriqqiyə davam demiş oldu.

Vətəndaşlar banklara niyə etibar etmirlər?

19 Aprel 2018 14:42

Azərbaycanda banklara kredit qoyuluşunun həcmi kəskin şəkildə azalıb. Buna səbəb kimi əhalinin banklara inamının azalması göstərilir. Ekspertlərin qənaətinə görə, ölkədə kredit verilişi ilə bağlı yaranan vəziyyət əhalinin banklarda yatırdığı əmanətlərin həcminə təsir göstərib. Mərkəzi Bankın məlumatına görə, bu ilin martın 1-nə olan məlumatına əsasən, ölkə iqtisadiyyatına kredit qoyuşunun həcmi 11 milyard 561 milyon manat təşkil edib.

Xüsusi təyinatlılar göndərildi, Putin imkan versə, Sarkisyan... - Azərbaycanlı politoloq HƏR ŞEYİ AÇDI

19 Aprel 2018 14:40

“Serj Sarkisyan qansız bir insandır. O, illər öncə hakimiyyətə gələndə də 31 nəfəri Rusiyanın "Alfa" qrupu ilə birlikdə öldürməklə, yəni Küçə Manifesti Partiyasını zor gücünə dağıtmaqla prezident olmuşdu. İndi də hakimiyyətinin formasını dəyişib ölkədə bütün sahələrə nəzarət etmək istəyir. Əhali də buna qarşı ayağa qalxıb. Və cəsarətlə Sarkisyanın hegemonluğuna qarşı çıxdıqlarını, Qarabağ klanının Ermənistana rəhbərlik edə bilməyəcəyini bəyan edirlər”.

Tahir Mirkişili: “Azərbaycan beynəlxalq reputasiyasını möhkəmləndirib"

19 Aprel 2018 14:37

“Son 15 ildə Azərbaycan çox böyük inkişaf yolu keçib. Bu müddət ərzində həm müstəqilliyimiz möhkəmlənib, həm ordumuz güclənib, həm iqtisadiyyatımız 3 dəfədən çox artıb, həm də digər sahələrlə bağlı uğurlar əldə olunub. Bütün bunlar Azərbaycanın beynəlxalq reputasiyasını və dünya bazarında yerini möhkəmləndirib”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Milli Məclisin ATƏT PA-da təmsil olunan deputatı Tahir Mirkişili deyib.

Bəhruz Quliyev: “Prezidentin müəyyən etdiyi siyasi kurs Azərbaycanı davamlı qələbələrə aparacaq”

19 Aprel 2018 14:34

“Bu gün Azərbaycanın güclü dövlət olaraq beynəlxalq aləmdə tanınması Ermənistanın təlaşına və xoflanmasına səbəb olub”. Bu fikirləri “Səs” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev ölkəmizin regionda və dünyada tutduğu mövqeyini və son 15 ildə əldə edilmiş nailiyyətlərini, eləcə də xalq-iqtidar birliyinin əhəmiyyətli məqamlarını şərh edərkən deyib.

İnqilab və Serj Sarkisyanın devrilməsi reallığı TƏHLİL

19 Aprel 2018 14:33

Ermənistan parlamentinin müxalifətdən olan “Yelk” (“Çıxış”) fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi ilə artıq bir neçə gündür ki, davam edən kütləvi etirazlar dalğası bu ölkədə inqilab faktorunun yetişdiyini açıq-aydın göstərməkdədir. Artıq Ermənistan mediasına açıqlama verən erməni politoloqları, ictimai-siyasi şəxsləri, eləcə də xarici mətbuat da qiyamın qaçılmaz olduğunu, Serj Sarkisyan rejiminin devrilməyə doğru sürətlə irəlilədiyini qeyd edirlər.

Fransa mətbuatı: "Sarkisyan hakimiyyətdə qalmaq üçün hər şey etməyə hazırdır"

19 Aprel 2018 14:31

Ermənistanda baş verən etiraz aksiyaları xarici KİV-lərin də diqqətindən yayınmır. Fransanın “Libération” qəzeti də baş verənlərə biganə qalmayaraq, Ermənistanda xalqın hakimiyyətə qarşı etirazına yer ayırıb. Belə ki, qəzetdə dərc olunan yazıda bildirilir ki, 2008-ci ildən hakimiyyətdə olan bir şəxslə bağlı günlərdir gedən etirazlara baxmayaraq həmin şəxs ölkənin baş naziri təyin edilib.

Azərbaycanlı milyarderin sərvəti açıqlandı - Forbes

19 Aprel 2018 14:32

“Forbes” jurnalı Rusiyanın ən varlı şəxslərinin siyahısını təqdim edib.

Bakıda kursantlar arasında beynəlxalq yarış keçirilir

19 Aprel 2018 14:27

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında keçirilən beynəlxalq idman yarışları davam edir. “OLAYLAR” xəbər verir ki, kursantlar 57, 70, 84 və 96 kq çəki dərəcələrində sərbəst güləş üzrə mübarizəyə qoşulublar.

Azərbaycanın xoş və firavan gələcəyi naminə… -YUNUS OĞUZDAN TƏBRİK

19 Aprel 2018 14:28

SİZİ aprelin 11-də ölkədə keçirilən prezident seçkilərində inamlı və möhtəşəm qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

2 küçə və 1 prospektdə hərəkət qismən məhdudlaşdırılır

19 Aprel 2018 14:26

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Nərimanov rayonu Həsənoğlu və Fətəli xan Xoyski küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 19 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki,  qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.