Azərbaycanda 3 ayda 7 ana doğuş zamanı ölüb: 1 nəfər həbs edilib

2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü baş verib.

2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü baş verib.

Bu barədə Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib.

Onun sözlərinə görə, bu il baş vermiş ana ölümləri ilə bağlı 12 nəfərə töhmət verilib, 1 nəfər həbs edilib.

S. Məmmədova qeyd edib ki, 2017-ci ildə 20 ana ölümü faktı qeydə alınıb, 50-dən çox tibb işçisi barəsində inzibati tənbeh tədbiri görülüb.

Baş mama-ginekoloq deyib ki, hamilə qadınlar xəstəliklərini, adətən, həkimlərdən gizlədirlər. Amma hamilə qadınların xəstəlikləri əvvəldən bilinsə, onlara göstərilən tibb xidmət daha keyfiyyətli olar.

Həkim Azərbaycanda hamilə qadınlar arasında əsasən anemiya, böyrək və ürək xəstəliklərinə rast gəlindiyini də vurğulayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31